Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Bakıda yol polisinin reydləri: Narkotik təsiri altında sürücülər və digər qayda pozuntuları aşkarlandı - VİDEO

Bakıda yol polisinin reydləri: Narkotik təsiri altında sürücülər və digər qayda pozuntuları aşkarlandı - VİDEO

30 noy 2025, 01:04, korrupsiya
0 şərh    8 Baxılıb

Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol-nəqliyyat hadisələrinin sayının azaldılması məqsədilə yol polisləri tərəfindən profilaktik tədbirlər davam etdirilir.

"KORRUPSİYAXƏBƏR"  xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, Sabunçu, Xətai, Xəzər, Suraxanı, Nərimanov və Binəqədi rayonlarında keçirilən növbəti tədbirlər zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı sürücülərlə profilaktik söhbətlər aparılaraq qanunvericiliyin tələbləri izah olunub.

Tədbirlər zamanı yükdaşıma qaydalarını pozan, avtomobilin konstruksiyasında dəyişikliklər edən, nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən və s. qayda pozuntularına yol verən şəxslər müəyyən ediliblər.

“Həmçinin, yoxlamalar zamanı nəqliyyat vasitəsini narkotiklərin təsiri altında idarə edən bir sürücü Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Ukrayna dairəsi” yaxınlığında aşkarlanıb. Qaydanı pozan digər hərəkət iştirakçılarının diqqətinə təhlükəsizliyin vacibliyi bir daha çatdırılıb.

Paytaxtda yol hərəkəti qaydalarına əməl olunmasının nümunəvi təşkili məqsədi ilə müvafiq tədbirlər mütəmadi olaraq davam etdiriləcək. Unutmayaq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!”-müraciətdə bildirilir.

Daha çox xəbər:
16 okt 2025, 20:02    12    0
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın "SAUR"...
Şərhlər