Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » QANUN HƏR KƏS ÜÇÜN EYNİDİRMİ, EYNİ DEYİLMİ VƏ YA EYNİ OLACAQMI?

QANUN HƏR KƏS ÜÇÜN EYNİDİRMİ, EYNİ DEYİLMİ VƏ YA EYNİ OLACAQMI?

06 apr 2026, 00:24, korrupsiya
0 şərh    21 Baxılıb

 

Azərbaycanda ehsan mərasimləri uzun illərdir ki, həm dini, həm də sosial baxımdan mühüm ənənə kimi yaşadılır. Lakin son dövrlərdə bu mərasimlərin bəzi hallarda həddindən artıq xərc tələb etməsi, israfçılığa yol açması və ailələr üçün əlavə maliyyə yükünə çevrilməsi cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Bir çoxları hesab edir ki, ehsan üçün ayrılan vəsaitin daha faydalı istiqamətlərə – məsələn, yolların təmiri, ehtiyacı olan ailələrə yardım və ya ictimai layihələrə yönəldilməsi həm savab baxımından, həm də sosial fayda nöqteyi-nəzərindən daha məqsədəuyğundur. Bu yanaşma ənənənin mahiyyətini qorumaqla yanaşı, onu müasir dövrün tələblərinə uyğunlaşdırmaq kimi də qiymətləndirilir.

Bəs görəsən, ehsan ənənəsində israfçılıqdan uzaqlaşıb vəsaiti cəmiyyət üçün faydalı layihələrə yönəltmək Azərbaycanda ümumi, yeni və davamlı bir ənənəyə çevrilə bilərmi?

Bu barədə "KORRUPSİYAXƏBƏR" in təsisçi rəhbəri Elyaz Yazan, bildirir ki, ölkəmizdə son zamanlar belə bir qadağaların qoyulması gözəl bir haldır. Lakin, bəzi hallarda bu qadağanın yalnız rayonlarda qüvvəsində olduğu deyilir.

Yəni hər hansı bir vətəndaş dünyasını dəyişən bir şəxs üçün yemək və dəbdəbəli ehsan süfrəsi açarsa, polis tərəfindən aparılır. Bəs bu niyə paytaxt bakıda qadağan olunmur. 

Əlavə olaraq, maraqlı olan tərəfi odur ki, polis həmin şəxsi polis şöbəsinə apararaq onun barəsində AR-İXM-nin neçənci maddəsinə uyğun olaraq, protokol tərtib edir?

Bu barədə AR-nın Baş prokurorluğuna və eləcə də DİN-nin rəhbərliyinə tərəfimizdən rəsmi sorğu məktubu ünvanlanacaqdır.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər