Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Kiş kəndində nümunəvi təşəbbüs: ağsaqqallarla birgə müzakirə və sosial məsələlər diqqət mərkəzində

Kiş kəndində nümunəvi təşəbbüs: ağsaqqallarla birgə müzakirə və sosial məsələlər diqqət mərkəzində

03 may 2026, 01:12, korrupsiya
0 şərh    22 Baxılıb

 

Kiş kəndində nümunəvi təşəbbüs: ağsaqqallarla birgə müzakirə və sosial məsələlər diqqət mərkəzində

"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan,  bölgələrdə yerli idarəetmə ilə vətəndaşlar arasında birbaşa dialoqun qurulmasını yüksək qiymətləndirib.

Bir-neçə gün bundan öncə əldə etdiyimiz məlumata görə, Şəki Şəhər İcra Hakimiyyəti Yanında Kiş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə kəndin ağsaqqalları ilə görüş keçirilib. Görüşdə rəhbərlik tərəfindən verilmiş tapşırıqların icra vəziyyəti müzakirə olunub, eyni zamanda kənd sakinlərini narahat edən sosial problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Belə görüşlər yerli səviyyədə şəffaflığın artırılması, vətəndaşların fikirlərinin dinlənilməsi və problemlərin operativ şəkildə həllinə zəmin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ağsaqqalların iştirakı isə qərarların daha obyektiv və ictimai maraqlara uyğun şəkildə formalaşmasına töhfə verir.

Bu təşəbbüsə görə Kiş kənd İƏD üzrə nümayəndəliyinə təşəkkür edir, bu kimi açıq dialoq mühitinin davamlı olmasını arzulayırıq. İnanıram ki, bu cür yanaşmalar regionlarda sosial rifahın yüksəldilməsinə və vətəndaş məmnuniyyətinin artırılmasına mühüm töhfə verir.

 

"KORRUPSİYAXƏBƏR"

Şərhlər