Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Yardımlının Allar kəndində acınacaqlı vəziyyət: yol, qaz və tibbi xidmət problemi

Yardımlının Allar kəndində acınacaqlı vəziyyət: yol, qaz və tibbi xidmət problemi

04 may 2026, 10:08, korrupsiya
0 şərh    90 Baxılıb

Yardımlının Allar kəndində acınacaqlı vəziyyət: yol, qaz və tibbi xidmət problemi

 
Bu gün KORRUPSİYAXƏBƏR.com.az informasiya-xəbər portalının rəhbəri Elyaz Yazan, Yardımlı rayonunun Allar kəndinə səfər edib.
Səfər zamanı o, ilk olaraq kəndə gedən yolun olduqca bərbad vəziyyətdə olduğunu müşahidə edib. Yol infrastrukturunun yararsız olması kəndə gediş-gəlişi xeyli çətinləşdirir və bu hal ciddi narahatlıq doğurur.
Elyaz Yazan kənd sakinləri ilə söhbət zamanı bir sıra sosial problemlərlə də tanış olub. Sakinlərin bildirdiyinə görə, kənddə təbii qaz təminatı yoxdur və bu da xüsusilə qış aylarında əhalinin yaşayış şəraitini daha da ağırlaşdırır.
Bundan əlavə, kənddə səhiyyə xidmətlərinin vəziyyətinin qənaətbəxş olmadığı qeyd olunub. Belə ki, hər hansı bir sakinin səhhətində ciddi problem yarandıqda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin avtomobilləri əraziyə çətinliklə daxil olur, bəzi hallarda isə ümumiyyətlə gələ bilmir.
Səfər çərçivəsində kənddə çox sayda evin boş olduğu da diqqət çəkib. Sakinlərin sözlərinə görə, sosial-iqtisadi çətinliklər səbəbindən bir çox ailə doğma yurdlarını tərk edərək paytaxta üz tutub.
Mövcud problemlər kəndin inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin gündəlik həyatını da ciddi şəkildə çətinləşdirir.

Elyaz Yazan, bu kəndə diqqətin yönəlməsi ilə bağlı ölkə rəhbərinə müraciət məktubu yazmaq qərarına gəlib.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər