Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Müştəri belə münasibət gözləmirdi: Paşa Sığortada yaşananlar

Müştəri belə münasibət gözləmirdi: Paşa Sığortada yaşananlar

03 may 2026, 01:00, korrupsiya
0 şərh    38 Baxılıb

 

Müştəri belə münasibət gözləmirdi: Paşa Sığortada yaşananlar

"KORRUPSİYAXƏBƏR"in rəhbəri Elyaz (Yazan) Gülüyev, Paşa Sığortanın Azneft dairəsi yaxınlığında yerləşən idarəsində qarşılaşdığı müsbət xidməti ictimailəşdirib.

Onun sözlərinə görə, avtomobilinə dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı sığortaya müraciət edərkən əməkdaş Şahin Quliyev tərəfindən peşəkar və nəzakətli yanaşma nümayiş etdirilib. Qiymətləndirmə prosesi çərçivəsində avtomobilin müxtəlif bucaqlardan şəkillərinin təqdim olunması xahiş edilib.


Müştəri avtomobilinin yaxınlıqda yerləşdiyini bildirərək şəkilləri çəkmək üçün qısa müddət istəyib. Sığorta əməkdaşı isə bu xahişi anlayışla qarşılayaraq gözləyib və əlavə olaraq, yolun əks tərəfinə keçərkən ehtiyatlı olması, yol hərəkəti qaydalarına riayət etməsi ilə bağlı tövsiyə verib.

Elyaz Yazan bildirib ki, bu cür yanaşma sadəcə xidmət deyil, eyni zamanda vətəndaşa göstərilən diqqət və hörmətin göstəricisidir. Onun fikrincə, məhz bu kimi davranışlar bank sektorunda müştəri məmnuniyyətinin formalaşmasında mühüm rol oynayır.

Qeyd edək ki, müştəri tərəfindən səsləndirilən bu təşəkkür mesajı sosial baxımdan da müsbət nümunə kimi qiymətləndirilir və digər xidmət sahələri üçün örnək hesab olunur.

KORRUPSİYAXƏBƏR 

Şərhlər