Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » MASALLIDA BƏLƏDİYYƏ SƏDRİNƏ AĞIR İTTİHAMLAR – TORPAQ SAHƏLƏRİ QANUNSUZ PAYLANIR?

MASALLIDA BƏLƏDİYYƏ SƏDRİNƏ AĞIR İTTİHAMLAR – TORPAQ SAHƏLƏRİ QANUNSUZ PAYLANIR?

04 may 2026, 17:40, korrupsiya
0 şərh    78 Baxılıb

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Masallı rayon Musaküçə kənd sakini Əhədov Rövşən Çapay oğlu redaksiyamızın qaynar xəttinə müraciət edərək ciddi qanun pozuntuları ilə bağlı iddialar səsləndirmişdir. Onun sözlərinə görə, kənd bələdiyyəsinin sədri Eldəniz müəllim tərəfindən kənd yolları baxımsız vəziyyətdə saxlanılır, eyni zamanda bələdiyyə mülkiyyətinə aid torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı şəxslərə verilir və bu hallar guya qazilərə yardım adı altında həyata keçirilir.

Məsələ ilə bağlı redaksiyamız tərəfindən bələdiyyə sədri ilə əlaqə saxlanılmışdır. Qarşı tərəf səsləndirilən iddiaları təkzib edərək onların həqiqətə uyğun olmadığını bildirmişdir.

Lakin qeyd olunan məlumatların ictimai əhəmiyyəti və mümkün hüquq pozuntuları ehtiva etməsi nəzərə alınaraq, redaksiyamız tərəfindən faktların araşdırılması üçün aidiyyəti dövlət orqanlarına rəsmi müraciət hazırlanır. İddiaların doğru olduğu təqdirdə, bu hallar vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz torpaq bölgüsü kimi ciddi hüquqi məsuliyyət yaradan əməllər kimi qiymətləndirilə bilər.

Redaksiyamız məsələni nəzarətdə saxlayır və rəsmi qurumlardan daxil olacaq cavablar əsasında ictimaiyyətə daha geniş və ətraflı məlumat təqdim ediləcəkdir.

Korrupsiyaxəbər bildirir ki, məsələ ilə bağlı bütün iddialar ciddi şəkildə araşdırılmalı və qanun qarşısında hər kəs məsuliyyət daşımalıdır.

"KORRUPSİYAXƏBƏR"

Daha çox xəbər:
19 sen 2025, 11:47    17    0
Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra konstitusiyanın yenidən təkmilləşdirilməsi...
Şərhlər