Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » BƏLƏDİYYƏLƏRƏ ŞAD XƏBƏR, BU TARİXDƏN ETİBARƏN GEDİŞ HAQQI ÖDƏMƏYƏCƏKLƏR

BƏLƏDİYYƏLƏRƏ ŞAD XƏBƏR, BU TARİXDƏN ETİBARƏN GEDİŞ HAQQI ÖDƏMƏYƏCƏKLƏR

24 may 2026, 00:13, korrupsiya
0 şərh    14 Baxılıb

Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var?

 

"KORRUPSİYAXƏBƏR" in verdiyi məlumata görə, "Oxu24.com" bu dəfə həmin şəxslərə namizəd olduqları müddətdə tətbiq edilən güzəştlə bağlı araşdırma aparıb.



Belə ki,bələdiyyə üzvlüyünə namizəd seçki ərazisində ictimai nəqliyyatdan ödənişsiz istifadə edə bilər.


Seçki Məcəlləsinin 218.1-ci maddəsinə görə bələdiyyə üzvlüyünə namizəd qeydə alındığı gündən seçkilərin yekunları rəsmi dərc edildiyi günədək müvafiq seçki ərazisində gəliş-gediş üçün ictimai nəqliyyatın bütün növlərindən (taksi və sifarişli reyslər istisna olmaqla) pulsuz istifadə etmək hüququna malikdir.


Yerli ozünüidarəetmənin həyata keçirilməsinin mühüm formalarından biri də bələdiyyə seçkiləridir.Seçkilər həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əhali tərəfindən qiymətləndirilməsinə və istiqamətləndirilməsinə, vaxtı çatmış problemlərin aşkara çıxarılıb həll olunması üçün tədbirlər görülməsinə imkan verir, əhalinin sosial fəallığının artmasına kömək edir. Yerli özünüidarəetmənin həyata keçirilmə forması kimi seçkilər, demək olar ki, bütün demokratik dövlətlərdə geniş tətbiq olunur. Respublikamızda bələdiyyə seçkilərinin həyata keçirilməsinin əsas hüquqi bazasını ölkə Konstitusiyası, 2 iyul 1999-cu ildə qəbul olunmuş “Bələdiyyələrə seçkilərin qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2003-cü ildən isə Azərbaycan Respublikasının Seçki Məcəlləsi təşkil edir.Bələdiyyələr, bir qayda olaraq bələdiyyə iclasından, daimi və başqa komissiyalardan və icra orqanından ibarətdir. Bələdiyyənin hər bir orqanının fəaliyyət qaydası “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

KORRUPSİYAXƏBƏR

Şərhlər