Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » BU TARİXDƏN BAKIYA GİRİŞ PULLU OLACAQ!

BU TARİXDƏN BAKIYA GİRİŞ PULLU OLACAQ!

28 sen 2025, 08:34, korrupsiya
0 şərh    17 Baxılıb

 

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanda öz əksini tapıb.

Nazirlər Kabineti Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları və nəqliyyat vasitələrinin həmin zonalara daxil olmasına görə haqqın məbləği ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Nəqliyyat vasitələrinin Bakı şəhərinin inzibati ərazisində müəyyən edilmiş ödənişli hərəkət zonalarına daxil olmasına görə ödənilən haqq “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondun maliyyələşmə mənbələrindən biri olacaq.

Fərmanın bu müddəası 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bəs paytaxtımızda ödənişli hərəkət zonalarının tətbiq edilməsinə səbəb nədir? Bu hansı zərurətdən irəli gəlir? Həmin zonalarda yaşayan sakinlərin avtomobillərin giriş-çıxışları necə tənzimlənəcək?

Hüquqşünas, nəqliyyat eksperti Ərşad Hüseynov mövzu ilə bağlı Referans.az-a bildirib ki, fərman şəhərin mərkəzində hərəkət sıxlığını azaldacaq:

"Prezidentin fərmanından belə başa düşülür ki, iki hədəf var. Birinci hədəf şəhərin müəyyən yerlərində fərdi avtomobillərdən istifadəni azaltmaqla hərəkət sıxlığının qarşısının alınması, eyni zamanda şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasıdır. İkinci hədəf isə odur ki, ödənişli hərəkət zonalarından daxil olan pullar ilə ictimai nəqliyyatın subsiyalaşdırılması üçün əlavə vəsait əldə edilsin".

Nəqliyyat eksperti onu da bildirdi ki, fərmandan irəli gələn məsələlər tam şəkildə həllini tapandan sonra bütün suallara dəqiq cavab ala bilərik.

KORRUPSİYAXƏBƏR

Şərhlər