Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » RAMİL SƏFƏROV, DAHA BÖYÜK RÜTBƏYƏ VƏ VƏZİFƏYƏ LAYİQDİR

RAMİL SƏFƏROV, DAHA BÖYÜK RÜTBƏYƏ VƏ VƏZİFƏYƏ LAYİQDİR

24 may 2026, 19:19, korrupsiya
0 şərh    16 Baxılıb

 

Ramil Səfərov bir zamanlar Azərbaycan Ordusunun ən məşhur zabitlərindən biri idi.

O, 1977-ci il avqustun 25-də Cəbrayıl rayonunun Şükürbəyli kəndində doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub.

1992-ci ilin sentyabrında Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki “N” saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib.


2002-ci ilin mart ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (hazırda Heydər Əliyev adına Hərbi İnstitut) göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 2006-cı il aprelin 13-də hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

R.Səfərov 2012-ci il avqustun 31-də Azərbaycana ekstradisiya olunub. Azərbaycan Prezidentinin həmin gün imzaladığı sərəncamla əfv edilib.


1 sentyabr 2012-ci ildə o vaxtkı müdafiə naziri Səfər Əbiyev Ramil Səfərovu qəbul edərək, ona mayor rütbəsi təqdim edib.

Həmin ilin oktyabrında Ramil Səfərov ailə həyatı qurub. Hazırda bir qızı, bir oğlu var. 2017-ci ildə mayor R.Səfərova polkovnik-leytenant rütbəsi verilib.

48 yaşlı hərbçi hazırda polkovnik rübtəsi daşıyır.

Bəs R.Səfərov haralardadır?


“KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, R.Səfərov hazırda Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda çalışır, tədrislə məşğul olur.


O, bir müddət əvvəl adıçəkilən universitetin “Milli Təhlükəsizlik və Hərbi Elmlər” jurnalının məsul katibi təyin edilib.


KORRUPSİYAXƏBƏR

Şərhlər