Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Polis əməkdaşları hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır - FOTO - VİDEO

Polis əməkdaşları hava şəraiti ilə əlaqədar fasiləsiz xidmət aparır - FOTO - VİDEO

03 yan 2026, 09:46, korrupsiya
0 şərh    11 Baxılıb

Kəskin hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən hazırda fasiləsiz xidmət davam edir.

DİN-in Mətbuat Xidmətindən "KORRUPSİYAXƏBƏR"-ə verilən məlumata görə, dağlıq ərazilərdə, şəhər mərkəzləri ilə yaşayış məntəqələrini birləşdirən yollarda, eləcə də magistrallarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub.

Avtomobillərin hərəkətinin fasiləsizliyini təmin etmək üçün xidmətə əlavə polis naryadları cəlb edilib.

Digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan təmizlənir, gecə saatlarında baş verməsi ehtimal olunan buzlaşmaya qarşı qabaqlayıcı tədbirlər görülür.

Mövcud hava şəraiti ilə bağlı DİN-in “102” Xidməti Zəng-Mərkəzinə daxil olan çağırışlar üzrə avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir.

Hal-hazırda xidmət fasiləsiz davam etdirilir.

KORRUPSİYAXƏBƏR

Şərhlər