Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » AXIR Kİ, İNSANLARI YOLLARDA ÇÜRÜDƏN TIXACLARA ÇARƏ TAPILDI

AXIR Kİ, İNSANLARI YOLLARDA ÇÜRÜDƏN TIXACLARA ÇARƏ TAPILDI

24 may 2026, 23:44, korrupsiya
0 şərh    17 Baxılıb

 

İşıqfor artıq sadəcə qırmızı, sarı və yaşıl işıq yandıran qurğu yox, tıxacın idarə olunmasında əsas alətlərdən birinə çevrilir.

"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, bu yanaşma “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda da əksini tapıb. Sənəddə nəqliyyatı intellektual idarəetmə sisteminin inkişaf etdirilməsi, proqram təminatının yenilənməsi və yeni avadanlıqların quraşdırılması nəzərdə tutulur. Başqa sözlə, işıqforlar əvvəlcədən qurulan sabit vaxtla deyil, yoldakı real vəziyyətə uyğun işləyəcək. Hansı istiqamətdə sıxlıq daha çoxdursa, sistem həmin axını nəzərə alaraq hərəkəti daha çevik tənzimləyəcək.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, burada əsas məqsədlərdən biri də tıxacı mümkün qədər minimuma endirməkdir.

Ekspertlərin fikrincə, bu cür sistemlər tək-tək küçələrdə yox, əsas nəqliyyat arteriyalarında kompleks tətbiq olunmalıdır. Çünki bir yolayrıcında verilən qərar qonşu qovşaqlara, paralel küçələrə və ümumi marşrut üzrə hərəkətə təsir edir.

Bakıda bu istiqamətdə ilk nümunələr artıq var. Amma real effekt üçün sistemin daha geniş əraziləri, iri qovşaqları və əsas hərəkət istiqamətlərini birlikdə əhatə etməsi vacib sayılır.

KORRUPSİYAXƏBƏR

Şərhlər