Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » Elyaz Yazan DİN əməkdaşlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi

Elyaz Yazan DİN əməkdaşlarını müqəddəs Qurban bayramı münasibətilə təbrik etdi

27 may 2026, 10:10, korrupsiya
0 şərh    23 Baxılıb

 

Bu gün “KORRUPSİYAXƏBƏR” təsisçi rəhbəri, Azərbaycan polisi haqqında 2000 ci ildə,  "POLİS QÜRURUMUZ VƏ GÜVƏN YERİMİZDİR" və 2022-ci ildə isə İLK ÜMİD QAPIMIZ" adlı jurnallarını dərc etməklə həmin jurnalların  müəllifi olan, Elyaz Yazan müqəddəs Qurban bayramı münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, Daxili İşlər Orqanlarında xalqımıza və dövlətimizə şərəflə xidmət edən bütün polis əməkdaşlarını səmimi qəlbdən təbrik edib.

Təbrikdə deyilir: 

Hörmətli cənab nazir!

Hörmətli Azərbaycan polisi!

Azərbaycan polisi hər zaman dövlətçiliyimizin keşiyində ayıq-sayıq dayanaraq, ölkədə ictimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin olunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində mühüm və şərəfli fəaliyyət göstərir. Xalqın etimadını qazanan polis əməkdaşları gecə-gündüz fərqi bilmədən öz vəzifə borclarını layiqincə yerinə yetirərək cəmiyyətin sabitliyinə və əmin-amanlığına töhfə verirlər.

 

Elyaz Yazan qeyd edib ki, müqəddəs Qurban bayramı birlik, mərhəmət, humanizm və paylaşma kimi ali dəyərləri özündə ehtiva edir. Bu əziz gündə dövlətinə və xalqına sədaqətlə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının zəhməti xüsusi ehtiramla qiymətləndirilməlidir. Təbrikdə vurğulanıb ki, Daxili İşlər Nazirliyinin əməkdaşları Vətənə sədaqət nümunəsi göstərərək ölkəmizdə sabitliyin və təhlükəsizliyin qorunması naminə böyük məsuliyyət və peşəkarlıq nümayiş etdirirlər.

Təbrikdə həmçinin bildirilib:

“Başda Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik cənab Vilayət Eyvazov olmaqla, bütün polis əməkdaşlarını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, xidmətdə uğurlar, ailələrinizə xoşbəxtlik və firavanlıq arzulayıram. Allah etdiyiniz ibadətləri və kəsilən qurbanları qəbul etsin. Uca Tanrı xalqımızı və dövlətimizi daim qorusun.”

Sonda “KORRUPSİYAXƏBƏR” rəhbəri bildirib ki, Azərbaycan polisi bundan sonra da dövlətçiliyin, qanunun aliliyinin və xalqın təhlükəsizliyinin keşiyində qətiyyətlə dayanacaq, ölkəmizin inkişafına və ictimai sabitliyinə öz layiqli töhfəsini verməyə davam edəcəkdir.

Hörmətlə: Elyaz Yazan 

Şərhlər