Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » BİR TORPAQ, İKİ İDDİA!!! BƏLƏDİYYƏ YOXSA, MEŞƏ???!!!

BİR TORPAQ, İKİ İDDİA!!! BƏLƏDİYYƏ YOXSA, MEŞƏ???!!!

02 iyn 2026, 19:51, korrupsiya
0 şərh    20 Baxılıb

 

Zaqatalada torpaq mübahisəsi: Eyni əraziyə həm bələdiyyə, həm də meşə təsərrüfatı sahib çıxır

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Zaqatala rayonunun Muğanlı kənd sakini Mustafayev Pərviz Bayram oğlu müraciət edərək uzun illərdir istifadə etdiyi torpaq sahəsi ilə bağlı yaranmış mübahisədən narahatlığını ifadə edib.

 

Müraciət müəllifinin sözlərinə görə, o, təxminən 30 ilə yaxındır ki, kənd ərazisində yerləşən torpaq sahəsindən istifadə edir. Bildirir ki, bu müddət ərzində həmin ərazi ilə bağlı heç bir dövlət qurumu və ya digər təşkilat tərəfindən ona hər hansı irad bildirilməyib, istifadəsinə maneə yaradılmayıb. Lakin son bir neçə il ərzində vəziyyət dəyişib.

Pərviz Mustafayev iddia edir ki, Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşlarından biri tərəfindən ona şifahi xəbərdarlıqlar edilir. Onun sözlərinə görə, sözügedən əməkdaş ərazidə əkdiyi arpa sahəsinin şumlanaraq yenidən əkiləcəyini bildirib və torpaqdan istifadəsinə etiraz edib. Bu isə kənd sakininin narahatlığına səbəb olub.

 

Məsələnin mahiyyətini araşdırmaq məqsədilə "KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz (Yazan) Gülüyev  tərəfindən aidiyyəti qurumlarla əlaqə saxlanılıb. İlk olaraq Qandax bələdiyyəsinin nümayəndəsi ilə danışılıb. Bələdiyyə əməkdaşı bildirib ki, Pərviz Mustafayevin istifadə etdiyi və mübahisə predmetinə çevrilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ərazi hesab olunur. Həmin şəxs ərazinin bələdiyyənin balansında olduğunu qeyd etməklə yanaşı, xəritə üzərində də sözügedən sahənin yerləşdiyi ərazini göstərib.

 

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək üçün Zaqatala Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbəri Mustafa müəllimlə əlaqə saxlanılıb. Müəssisə rəhbəri isə fərqli mövqe sərgiləyərək bildirib ki, mübahisə predmeti olan torpaq sahəsi meşə fondu torpaqlarına daxildir və həmin ərazi dövlət meşə fondunun tərkib hissəsi hesab olunur.

Beləliklə, eyni torpaq sahəsi ilə bağlı iki fərqli dövlət qurumu arasında ziddiyyətli mövqelərin olduğu ortaya çıxıb. Bir tərəf ərazinin bələdiyyə mülkiyyətinə aid olduğunu, digər tərəf isə dövlət meşə fondu torpağı olduğunu iddia edir.

Yaranmış vəziyyətin yerində araşdırılması və tərəflərin mövqelərinin dəqiqləşdirilməsi məqsədilə Elyaz Yazan müraciət müəllifi Pərviz Mustafayev, Qandax bələdiyyəsinin nümayəndəsi və meşə gözətçisi ilə birlikdə qeyd olunan əraziyə baxış keçirib. Görüş zamanı tərəflər öz arqumentlərini səsləndirərək ərazinin hüquqi statusu ilə bağlı mövqelərini izah ediblər.

 

Araşdırma zamanı məlum olub ki, ərazinin hansı qurumun balansında olması ilə bağlı tərəflər arasında yekdil fikir yoxdur. Bu səbəbdən də məsələ üzrə hüquqi və kadastr sənədlərinin, dövlət torpaq xəritələrinin, eləcə də aidiyyəti dövlət reyestrlərinin araşdırılması zərurəti yaranıb.

Redaksiya tərəfindən bildirilib ki, məsələ ilə bağlı tam obyektiv və qərəzsiz araşdırmanın aparılması məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi sorğu məktublarının hazırlanması və göndərilməsi barədə Elyaz Yazan tərəfindən göstəriş verilib. Göndəriləcək sorğularda sözügedən torpaq sahəsinin hüquqi statusu, aidiyyəti qurumun balansında olub-olmaması, torpağın kateqoriyası və istifadəsi ilə bağlı bütün məlumatların təqdim edilməsi xahiş olunacaq.

Qeyd edək ki, torpaq münasibətləri ilə bağlı belə hallarda mübahisənin həlli üçün əsas meyar dövlət torpaq kadastrı məlumatları, torpaq mülkiyyətini və istifadə hüququnu təsdiq edən rəsmi sənədlər, eləcə də aidiyyəti dövlət orqanlarının təqdim etdiyi hüquqi rəylər hesab olunur.

Məsələ redaksiyanın nəzarətində saxlanılır və aidiyyəti qurumlardan daxil olacaq rəsmi cavablar əsasında ictimaiyyətə əlavə məlumat veriləcək.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər