Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » ELYAZ YAZAN: Şənbə günü İcra nümayəndəsi xidmət başında... Əhsən!!!

ELYAZ YAZAN: Şənbə günü İcra nümayəndəsi xidmət başında... Əhsən!!!

07 iyn 2026, 00:20, korrupsiya
0 şərh    7 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" in rəhbəri Elyaz Yazan, bu gün Zaqatalanın Kəpənəkçi kəndində olub. 

 

İlk öncə kənd haqqında qısa məlumat vermək istəyirik.

Qanıx vadisinin füsunkar guşələrindən biri olan Yengiyan kəndi rayon mərkəzindən 24 kilometr məsafədə yerləşir. Ümumi ərazisi 1147 hektardır.

Əhalinin böyük əksəriyyəti azərbaycanlılardan ibarətdir və sakinlər İslam dininə mənsubdurlar.

Yengiyan kəndi Rayon İcra Hakimiyyəti Başçısının Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Yengiyan bələdiyyəsi tərəfindən idarə olunur. Kənddə əhalinin rahat yaşayışı üçün zəruri sosial infrastruktur formalaşdırılıb. Burada tam orta məktəb, mədəniyyət evi, həkim məntəqəsi, muzey, məscid, hücrə, futbol meydançası, poçt şöbəsi, elektron ATS və iki kitabxana fəaliyyət göstərir.

 

Kənd əhalisinin əsas məşğuliyyət sahələrini bağçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, tütünçülük, quşçuluq və fındıqçılıq təşkil edir. Sakinlər uzun illərdir ki, bu sahələrdə fəaliyyət göstərərək həm öz ailələrinin rifahına, həm də bölgənin iqtisadi inkişafına töhfə verirlər.

Yengiyan kəndi təkcə təsərrüfat ənənələri ilə deyil, həm də tarixi-mədəni irsi ilə diqqət çəkir. Kənddə XIX əsrə aid səkkizguşəli məscid yerləşir. Bu tarixi abidə kəndin qədim keçmişinin və milli-mənəvi dəyərlərinin bu günə qədər yaşadılmasının bariz nümunəsidir.

Elyaz Yazan kəndə səfəri zamanı yerli sakinlərlə, kənd rəhbərliyi və kənd sakinləri ilə görüşüb. 

Redaksiya heyyətimizin rəhbərinin diqqətini çəkən məqamlardan biri də həftənin istirahət günü olmasına baxmayaraq, 10 ildir ki, kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi vəzifəsində işləyən Vüsal Qədimovun xidməti otağında olmaqla, fəaliyyətini davam etdirməsi olub. Bu, vətəndaşlara xidmətin və məsuliyyətli yanaşmanın göstəricisi kimi dəyərləndirilə bilər.

Sakinlərlə aparılan söhbətlər zamanı kənddə hökm sürən sabitlik, təmizlik və nizam-intizam xüsusi vurğulandı. Həmsöhbətlər Yengiyanda sosial mühitin sağlam olduğunu, kəndin abad saxlanıldığını və gündəlik problemlərin operativ şəkildə həll olunduğunu bildirdilər.

Görüş zamanı kənd sakinləri, icra nümayəndəsi Vüsal Qədimovun və Yengiyan bələdiyyəsinin sədri Xuraman Şabanovanın fəaliyyətini də yüksək qiymətləndiriblər. Onların fikrincə, bələdiyyə rəhbərliyinin sakinlərlə daim ünsiyyətdə olması, kəndin inkişafına yönələn təşəbbüsləri və problemlərə həssas yanaşması yerli əhali tərəfindən rəğbətlə qarşılanır.

Səfər zamanı əldə olunan təəssüratlar göstərdi ki, Yengiyan kəndi öz tarixi irsini qoruyub saxlayan, zəhmətkeş insanları ilə seçilən, abadlıq və inkişaf istiqamətində ardıcıl addımlar atan yaşayış məntəqələrindən biridir. Kənddə müşahidə olunan səliqə-səhman, ictimai həmrəylik və insanların gələcəyə inamı Yengiyanın inkişaf yolunda inamla irəlilədiyini göstərir.

Onu da qeyd edək ki, redaksiya heyətinin rəhbəri Elyaz Gülüyev, Zaqatala rayon Kəpənəkçi kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi Vüsal Qədimovun və Yengiyan bələdiyyəsinin sədri Xuraman Şabanovanın fəaliyyəti ilə bağlı Ölkə rəhbərinə və Zaqatala RİH-nin başçısına təşəkkür məktubunun hazırlanması barədə göstəriş verib.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər