Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, Tovuzun Əyyublu kəndindən...
Qısqanclıq: İnsan Həyatını Məhv Edən Görünməz Təhlükə...
"KORRUPSİYAXƏBƏR" in təsisçi rəhbəri Elyaz Yazan Şin kənd tam orta...
Sərnişinin təhlükəsizlik kəməri qaydası ilə bağlı mühüm açıqlama Son dövrlərdə...
Mayın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1792,3 min nəfər...
"Zaqatalada utandıran mənzərə: Zərifə Əliyevanın adını belə qoruya...
Gədəbəy rayonuna dolu yağıb. “KORRUPSİYAXƏBƏR” xəbər verir ki, təbiət hadisəsi...
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatına...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Баннер
Korrupsiya Xəbər » Cəmiyyət » DSX-də 5 ayda 6 əsgərin ölümü nə məsələdir?

DSX-də 5 ayda 6 əsgərin ölümü nə məsələdir?

17 iyn 2026, 08:45, korrupsiya
0 şərh    3 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, Tovuzun Əyyublu kəndindən olan, Sərhəd Qoşunlarının Naxçıvandakı hərbi hissəsində xidmət etmiş Natiq Məmmədov iyunun 1-də vəfat edib.

Ailə üzvlərinin dediyinə görə, o, cəmi iki ay imiş ki xidmət edirmiş. Mətbuatda əsgərin qızılca xəstəliyindən öldüyü yazılsa da, ailə övladlarının öldürüldüyünü iddia edir. Dəfn mərasimində də çəkilişə icazə verilmədiyi deyilir. 

“Ay camaat, dünən bura 20-30 polis tökmüşdülər ki, heç kim çəkiliş eləməsin. Ay millət, mən adammı öldürmüşdüm? Mən oğurluqmu eləmişdim, kimisə yaralamışdımmı ki bu qədər polisi tökmüşdülər?”, - “HamamTimes” səhifəsinin yayımladığı videoda danışan ata Namiq Məmmədov deyir. 

Ötən ay Sərhəd Qoşunlarında xidmət zamanı ölən əsgər Ramin Cəbrayılovun qohumları da dəfn və yas mərasimləri zamanı polisin çəkilişə icazə vermədiyini “Toplum TV”-yə bildirib. Hərbi hissədən əsgərin intihar etdiyi deyilsə də, ailə buna inanmır. 

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun monitorinqinə əsasən, təkcə bu il Azərbaycan ordusunda azı 22 hərbi qulluqçu qeyri-döyüş şəraitində vəfat edib, onların 6-sı Dövlət Sərhəd Xidmətinin qoşunlarında xidmət edib. İnstitutun direktoru Cəsur Məmmədov “Toplum TV”-yə deyir ki, Sərhəd Xidmətinin ölümlərlə bağlı açıqlama verməməsi qurumun ictimaiyyətdən nəyisə gizlətməyə çalışdığını göstərir. 

“Bu onu göstərir ki, Dövlət Sərhəd Xidmətində ümumilikdə hansısa formada işlər düzgün getmir. Dərhal açıqlamanın, şəffaflığın, hesabatlılığın olmaması birbaşa onunla əlaqədardır ki, burada hansısa sirli proses var. Onun barəsində cəmiyyətin dərhal məlumatlanmasını istəmirlər.”

Cəsur Məmmədov Gürcüstanı misal çəkərək deyir ki, bu ölkədə yaradılan ictimai şuralar tez-tez hərbi hissələrə baş çəkir, problemləri qeydə alır və onların əsasında yeni qanunlar qəbul olunur. Onun sözlərinə görə, Azərbaycanda isə müstəqil media və QHT fəaliyyətinin faktiki olaraq qadağan edilməsi problemlərin araşdırılmasını çətinləşdirir. 

Ekspert düşünür ki, Dövlət Sərhəd Xidmətində islahatların baş verməsi üçün ilk növbədə rəhbərlik getməlidir. 

“Elçin Quliyev başda olmaqla bütün sistem dəyişilməlidir. Onlar 10 ildən çoxdur ki, vəzifədədirlər və görünür ki, rahatlaşıblar, hər hansı ciddi islahat həyata keçirmək niyyətində deyillər.” 

Azərbaycanda orduda ölüm halları uzun illərdir ki, baş verir. 2013-cü ildə bu problemə etiraz olaraq Bakının Fəvvarələr Meydanında “Əsgər Ölümlərinə Son” adlı aksiya keçirilib. 
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, 2025-ci ildə Azərbaycanda ən azı 43 hərbi qulluqçu qeyri-döyüş şəraitində ölüb.

KORRUPSİYAXƏBƏR

Şərhlər