Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Dünya » Türkiyənin nüvə hədəfi sona yaxınlaşır: Regionda yeni mərhələ başlayır - "Siemens" yox, Çin kömək edəcək

Türkiyənin nüvə hədəfi sona yaxınlaşır: Regionda yeni mərhələ başlayır - "Siemens" yox, Çin kömək edəcək

09 iyl 2025, 10:04, korrupsiya
0 şərh    5 Baxılıb

Türkiyədə inşa olunan ilk nüvə elektrik stansiyası – “Akkuyu” AES-in birinci enerji bloku artıq işə salınmağa hazırlaşır.

Musavat.com-un hazırladığı xəbərdə bildirilir ki, “Akkuyu Nuklear”ın rəhbəri Anton Dedusenko RİA Novosti-yə bildirib ki, bu, işə buraxılma prosesinin son mərhələsidir.

Mütəxəssislər mart ayında tikinti-montaj işlərini başa çatdırıblar. İlin sonunadək birinci blokun işə salınacağı gözlənilir. Xatırladaq ki, iyunun sonunda bu barədə Türkiyənin Baş nazir müavini Aleksandr Novak açıqlama vermişdi.

Amma layihənin maraqlı bir detalı da var: Almaniyanın Siemens şirkəti “Akkuyu” üçün nəzərdə tutulan avadanlıqları göndərməkdən imtina etdiyinə görə, tikinti 1,5 il gecikib. Bunu yanvarda Energetika naziri Alp Arslan Bayraktar açıqlamışdı. İndi isə Türkiyə gözünü Çinə dikib – Çindən sifariş verilən avadanlığın bu il hazır olacağı gözlənilir.

Beləliklə, Türkiyə regionda enerji oyun qaydalarını dəyişəcək yeni mərhələyə qədəm qoyur.

Şərhlər