Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Dünya » Ruslar Ukraynada həbsxananı vurdu - 16 ölü, 35 yaralı

Ruslar Ukraynada həbsxananı vurdu - 16 ölü, 35 yaralı

29 iyl 2025, 12:46, korrupsiya
0 şərh    13 Baxılıb

Ruslar Ukraynada həbsxananı vurdu - 16 ölü, 35 yaralı

Rus ordusu Ukraynada cəzaçəkmə müəssisələrindən birinə raket zərbələri endirib, nəticədə xeyli sayda ölən və yaralanan var.

Bu barədə Ukrayna Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov  məlumat verib.

"Düşmən gecə saatlarında Zaporojye vilayətini ilkin olaraq FAB-lardan (yüksək partlayıcı qabliyyətinə malik aviasiya bombası) 8 dəfə atəşə tutub. Onlar cəzaçəkmə müəssisəsini də vurublar. 16 nəfər həlak olub, 35 nəfər yaralanıb", - Fedorov bildirib.

O əlavə edib ki, zərərçəkənlərə bütün lazımi tibbi yardımlar göstərilir.

"Müəssisənin binaları dağıdılıb. Yaxınlıqdakı fərdi evlərə ziyan dəyib", - o qeyd edib.

Prezident Aparatının rəhbəri Andrey Yermak isə bu hərəkəti rusların növbəti hərbi cinayəti adlandırıb. “Onlar dayandırılmadıqca dayanmayacaqlar", - Yermak vurğulayıb.

Şərhlər