Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
Баннер
Korrupsiya Xəbər » Gündəm » BAŞ MEDİATOR DƏRYA YAŞARLI BAŞ ŞABALID KƏND SAKİNLƏRİNƏ MÜRACİƏT EDİB

BAŞ MEDİATOR DƏRYA YAŞARLI BAŞ ŞABALID KƏND SAKİNLƏRİNƏ MÜRACİƏT EDİB

06 avq 2026, 09:54, korrupsiya
0 şərh    4 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı Mediasiya Təşkilatının Baş Mediatoru, Şəki rayon, Baş Şabalıd kəndində doğulub, böyüyüb boya-başa çatan, Dərya Yaşarlı, Baş Şabalıd kəndinin hörmətli ağsaqqallarına, ziyalılarına və əziz kənd sakinlərinə müraciət edib.

Müraciətdə deyilir:                      
Əziz kənd ağsaqqalları, ziyalılarımız və dəyərli həmkəndlilər!

Mən, Baş Şabalıd kəndinin bir övladı olaraq, hər birinizə böyük hörmət və ehtiramımı bildirirəm.

 Kəndimiz həmişə öz birlik və bərabərliyi, ağsaqqal sözünə verdiyi dəyər, adət-ənənələrinə sədaqəti ilə seçilib. Bu gün də həmin ənənələrə hörmətlə yanaşaraq, hamımızı düşündürən bir məsələ ilə bağlı fikirlərimi sizinlə bölüşmək istəyirəm.

 
Hamımıza məlumdur ki, yas mərasimləri insan həyatının ən ağır və kədərli günləridir.
 Belə məqamlarda ailənin ən böyük ehtiyacı təmtəraq deyil, mənəvi dəstək, təsəlli və insanların yanında olmasıdır. 
Təəssüf ki, zaman keçdikcə bəzi adətlərimiz elə bir forma alıb ki, yas sahibi həm mənəvi ağrı yaşayır, həm də böyük maddi yük altına düşür.
Kəndimizdə yas mərasimlərində çoxlu sayda insan üçün yemək verilməsi artıq adət halını alıb. 
Maddi imkanı olan ailələr bunu rahatlıqla edə bilir. Amma məsələ buna  imkanı çatan ailələrin bunu edib-etməməsi deyil. Əsas məsələ odur ki, maddi imkanı zəif olan ailələr də cəmiyyətin təzyiqi və "el nə deyər" düşüncəsi ilə borca düşür, ağır vəziyyətə düşür, bəzən uzun müddət bu yükün altında qalırlar. 

 
Halbuki yas mərasimlərinin mahiyyəti yemək vermək deyil. Yas mərasimi mərhuma dua etmək, onun ruhuna rəhmət diləmək, ailəsinə başsağlığı vermək və dərdinə şərik olmaq üçündür.
Sevindirici haldır ki, artıq Azərbaycanın bir çox rayon və kəndlərində, o cümlədən yaşadığımız Şəki rayonunun bir çox kəndlərində ağsaqqalların, din xadimlərinin və ziyalıların təşəbbüsü ilə yas mərasimlərində yemək verilməsi dayandırılıb. 
Bu təşəbbüs insanlar tərəfindən də rəğbətlə qarşılanıb. Bunun nəticəsində yüzlərlə ailə əlavə xərcdən, borcdan və lazımsız israfdan xilas olub.
Dövlətimiz də uzun illərdir israfçılığın qarşısının alınmasını, sadəliyin və milli-mənəvi dəyərlərin qorunmasını tövsiyə edir. Bu siyasətin əsas məqsədi insanların rifahını düşünmək, onları lazımsız maddi yükdən qorumaqdır.

Hörmətli ağsaqqallar!

Bizim kəndimiz həmişə nümunə göstərilən kəndlərdən biri olub. İnanıram ki, bu məsələdə də sizin müdrik qərarınız kəndimiz üçün xeyirli olacaq.
Təklif edirəm ki, kəndimizin ağsaqqalları, ziyalıları və nüfuz sahibi olan şəxslər bir araya gələrək belə bir qərar qəbul etsinlər:
Yas mərasimlərində yemək süfrələri açılmasın, çay, şirniyyatla kifayətlənsin, 
Mərhumun ruhuna Qurani-Kərim oxunsun, dualar edilsin;
Yas sahibinə mənəvi dəstək göstərilsin;
Heç bir ailə cəmiyyət qarşısında özünü məcbur hiss etməsin;
Bu qayda bütün kənd sakinlərinə eyni şəkildə şamil olunsun ki, heç kim özünü digərlərindən geri qalmış hesab etməsin.
Bu, nə adətlərimizə hörmətsizlikdir, nə də ehsanın əleyhinə çıxmaqdır. Əksinə, ehsanın əsl mahiyyətini – xeyirxahlığı, mərhəməti və insanların yükünü yüngülləşdirməyi yaşatmaqdır.
Əminəm ki, bu təşəbbüs qəbul olunarsa, gələcək nəsillər də bizi xeyirxah və uzaqgörən qərarımıza görə minnətdarlıqla xatırlayacaqlar.

Mən bu fikirləri heç kimi tənqid etmək üçün deyil, kəndimizin rifahını, birlik və bərabərliyini düşündüyüm üçün bölüşürəm. 
Ümid edirəm ki, hər birimiz bu məsələyə sakitliklə, anlayışla və sağlam düşüncə ilə yanaşacağıq.
Allah dünyasını dəyişən bütün insanlara rəhmət eləsin, yaşayanlara can sağlığı, ailələrimizə birlik və bərəkət nəsib etsin.

Hörmətlə,

Baş Şabalıd kəndinin bir sakini 
Dərya Yaşarlı

Şərhlər