Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Dünya » Rusiyada sunami: dalğa 200 metr hündürlüyə qalxdı, liman su altında qaldı

Rusiyada sunami: dalğa 200 metr hündürlüyə qalxdı, liman su altında qaldı

30 iyl 2025, 09:52, korrupsiya
0 şərh    8 Baxılıb

Rusiyada sunami: dalğa 200 metr hündürlüyə qalxdı, liman su altında qaldı

Rusiyanın şərqində Kamçatkada baş verən güclü zəlzələ sunamiyə səbəb olub.

Üç sunami dalğası zəlzələdən sonra Severo-Kurilsk sahil zonasında Kuril adasının Paramuşir sahilinə dəyib, sonuncusu ən dağıdıcı olub. 

Saxalin vilayətinin Severo-Kurilsk bələdiyyə dairəsi administrasiyasının rəhbəri Aleksandr Ovsyannikovun verdiyi məlumata görə, birinci sunami dalğası təxminən 200 metr hündürlüyə çatıb. “Sonra daha iki dalğa oldu, ikincisi çox zəifdi, üçüncüsü daha çox enerjili, güclü idi. Gəmiləri sahilə atıb, liman infrastrukturuna ciddi ziyan vurub", - Aleksandr Ovsyannikov qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Severo-Kurilsk limanı su altında qalıb. Dəniz suyu da Alaid balıqçılıq müəssisəsinə daxil olub. Şəhər sakinləri sunami təhlükəsi tamamilə aradan qaldırılana qədər orada qalacaqları təpəyə köçürülüb. Şəhərdə həyacan siqnalı verilib.
Bu gün Sakit okeanda Kamçatka yaxınlığında 8,7 bal gücündə zəlzələ baş verib. Bu, 1952-ci ildən bəri ən güclü zəlzələ hesab olunur.  7,5 bal gücündə olan afterşokların ən azı bir ay davam edəcəyi gözlənilir. Kamçatka və bütün Kuril adaları üçün sunami xəbərdarlığı edilib.

Şərhlər