Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Dünya » İran raketlərini ABŞ bazalarına tuşlayıb, hazırlıq başlayıb - The New York Times

İran raketlərini ABŞ bazalarına tuşlayıb, hazırlıq başlayıb - The New York Times

18 iyn 2025, 09:46, korrupsiya
0 şərh    7 Baxılıb

İran raketlərini ABŞ bazalarına tuşlayıb, hazırlıq başlayıb - The New York Times

İran artıq ABŞ-ın bölgədəki hərbi bazalarına zərbə endirmək üçün raketlərini hazırlayıb.

 "The New York Times" xəbər verir ki, Vaşinqton İsraillə İran arasında münaqişəyə qoşulacağı təqdirdə, Tehranın bu addımı atacağı gözlənilir. Nəşr qeyd edir ki, mümkün hücumlar səbəbindən bölgədəki Amerika qoşunları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Məlumata görə, ABŞ Avropaya təxminən 30 yanacaq dolduran təyyarə göndərib. Bu təyyarələr ya Amerika bazalarını qoruyan qırıcıları dəstəkləmək, ya da İranın nüvə obyektlərinə ehtimal olunan hücumlarda iştirak edəcək bombardmançıların uçuş məsafəsini artırmaq üçün istifadə oluna bilər.

Mənbələrin bildirdiyinə görə, əgər Vaşinqton İsrailin hərbi əməliyyatlarına qoşularaq İranın əsas nüvə obyektlərindən biri olan Fordoya zərbə endirsə, İranın dəstəklədiyi husilər çox böyük ehtimalla Qırmızı dənizdə gəmilərə qarşı hücumları bərpa edəcəklər. Rəsmi şəxslər əlavə edirlər ki, İraqdakı və Suriyadakı İran tərəfdarı qüvvələr də həmin ərazilərdə yerləşən Amerika bazalarına hücum etməyə cəhd göstərə bilər.

Bundan əlavə, İran hücum ediləcəyi təqdirdə Hörmüz boğazını minalamağa başlaya bilər. Bu, Amerika hərbi gəmilərini Fars körfəzində bloklamağa yönəlmiş bir taktika sayılır.

İki iranlı rəsmi bildirir ki, əgər ABŞ İsraillə müharibəyə qoşularsa, İran Yaxın Şərqdəki ABŞ bazalarına hücum edəcək və ilk olaraq İraqdakı bazaları hədəfə alacaq. İran həmçinin hücumda iştirak edən ərəb ölkələrində yerləşən Amerika bazalarını da hədəfə götürəcək.

Amerikalı rəsmilərin sözlərinə görə, İranın regiondakı ABŞ bazalarına hücum etməsi üçün əlavə hazırlığa ehtiyacı yoxdur. İran ordusunun raket bazaları Bəhreyn, Qətər və BƏƏ-yə asanlıqla çata biləcək məsafədə yerləşir.

Şərhlər