Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Dünya » "Hörmüz boğazı aylarla bağlı qala bilər"

"Hörmüz boğazı aylarla bağlı qala bilər"

23 iyn 2025, 09:50, korrupsiya
0 şərh    5 Baxılıb

"Hörmüz boğazı aylarla bağlı qala bilər"

“Natsionalnaya oborona” jurnalının yazdığına görə, bu hal dünya üçün ciddi nəticələr doğura bilər.
ABŞ-İran gərginliyinin artması fonunda Tehran Hörmüz boğazını bağlamağa hazır olduğunu açıq şəkildə bəyan edib. İranın arsenalında 5000–6000 arasında müxtəlif tipli dəniz minası var ki, bunlar sürətli katerlər, sualtı qayıqlar və hətta helikopterlər vasitəsilə boğaza yerləşdirilə bilər.

Bu barədə yazan “Natsionalnaya oborona” jurnalının analitik məqaləsində deyilir.

Qeyd edilir ki, İran bu yolla neft və qaz tranzitinin əsas arteriyası olan Hörmüz boğazını asanlıqla bloklaya bilər.

Ekspertlərin fikrincə, minatəmizləmə prosesi aylarla vaxt aparacaq. ABŞ-ın bölgədəki tralçı (minatəmizləmə) imkanları məhduddur, mövcud sistemlərin əksəriyyəti isə hələ real döyüş şəraitində sınaqdan keçməyib.

Məqalədə vurğulanır ki, əgər İran mina sahələrinin təmizlənməsinə əngəl olarsa, boğazda gəmiçilik uzun müddət dayana bilər, bu da dünya üzrə neft qiymətlərində kəskin artım və geosiyasi sarsıntılara səbəb ola bilər.

Şərhlər