Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » MAL ƏTİNİN QİYMƏTİ QALXDI! GÖRƏSƏN NEÇƏYƏ OLDU?

MAL ƏTİNİN QİYMƏTİ QALXDI! GÖRƏSƏN NEÇƏYƏ OLDU?

08 sen 2025, 22:29, korrupsiya
0 şərh    14 Baxılıb

 




Bakıda və bəzi bölgələrdə mal ətinin qiymətində artım müşahidə olunur. Bu artım paytaxtda 2 manat, bölgələrdə isə 1 manatdır.

Bəs bu artım nə ilə bağlıdır?

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, ətin qiymətinin artmasını qəssablar da təsdiq edir. Onların sözlərinə görə, qiymət artması onlara sərf etmir.

"Çünki qiymət artdıqca alıcı da azalır. Qiymət artımının səbəbi mal qıtlığı var. Əvvəl xaricdən gəlirdi, artıq gəlmir. Həm də otun qiyməti artıb. Örüş sahələri də azalıb. Əvvəllər bazara 100 baş heyvan çıxarıldısa, indi 40-50 baş çıxarılır. Yay aylarında maldarlığa maraq qış aylarına nisbətən az olur ki, bu da qiymət artımına təsir göstərir. Bölgələrdə ət 17 manat təklif edilir, Bakıda isə 20 manatdır".

Qeyd edək ki, mal ətindən fərqli olaraq quzu ətinin qiymətində isə dəyişiklik hiss olunmur. Hazırda quzu ətinin qiyməti 19-20 manatdır.

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli qeyd edir ki, ətin qiymətinin baha olması idxaldan asılılıqla və yerli məhsulun lazimi qədər olmaması ilə bağlıdır.

"Təsərrüfatda qiymətlər artıb. Ot bağlamaları, yemlərin qiyməti heyvandarlıqla məşğul olan şəxsə sərf eləmir. Şərqi Zəngəzur və Qarabağda saxlanılan heyvanların sayı çoxaldılarsa, qiymətlər nisbətən aşağı düşə bilər".

Ekspert bildirir ki, əhalinin artımı fonunda saxlanılan heyvanların azalması da qiymətin artımına təkan verir.


"KORRUPSİYAXƏBƏR"

Daha çox xəbər:
12 sen 2025, 19:59    33    0
“Bakı Metropoliteni” QSC tərəfindən sentyabrın 15-dən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə...
Şərhlər