Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Qədim Ədilovun məhkəməsində qalmaqal – Prokuror müttəhimin və vəkilinin hərəkətlərinə etiraz etdi

Qədim Ədilovun məhkəməsində qalmaqal – Prokuror müttəhimin və vəkilinin hərəkətlərinə etiraz etdi

19 sen 2025, 11:26, korrupsiya
0 şərh    10 Baxılıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Qədim Ədilovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutmayıb.

"KORRUPSİYAXƏBƏR" Musavat.com-a istinadən xəbər verir ki, hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasa Qədim Ədilovun vəkili Ramin Qocayev qatılmayıb.

Vəkilin iclasa növbəti dəfə gəlməməsi zərərçəkənlərin kəskin etirazına səbəb olub. Prokuror da zərərçəkənlərin mövqeyini haqlı sayaraq, vəkilin gələcəkdə proseslərə qatılmaması halında onun barəsində ölçü götürülməsini tələb edib.

Bundan başqa, Qədim Ədilovun məhkəmənin aparılması qaydası ilə bağlı hakimə dedikləri həm zərərçəkənlərin, həm də prokurorun etirazına səbəb olub. Zərərçəkənlər müttəhimin fikirlərinin göstəriş xarakterli olmasına kəskin reaksiya veriblər. Hakim, vəkilin prosesdə iştirak etməməsini əsas gətirərək iclası oktyabrın 9-a qədər təxirə salıb.

Qeyd edək ki, Qədim Ədilov təxminən 30 Azərbaycan vətəndaşına qarşı külli miqdarda dələduzluqda ittiham olunur.

2021-ci ildə 17 vətəndaş Baş Prokurorluğa müraciət edib və Ədilov tərəfindən aldadılaraq vəsaitlərinin mənimsənildiyini bildiriblər. Həmin cinayət işi araşdırıldığı bir vaxtda o, Gəncə sakini Nəsrulla Cəfərovun etibarından sui-istifadə edib. Ona məxsus milyonlarla dəyəri olan asfalt zavodunu guya satmaq adı ilə etibarnamə ilə öz adına keçirib, sonra isə zavodu Nəsrulla Nəzərovdan xəbərsiz 1 milyon 750 min dollara sataraq aradan çıxıb. Bundan əlavə, zərərçəkənin onminlərlə manat nağd pulunu da ələ keçirib.

2022-ci ildə isə Qədim Ədilov Anar Məmmədov və onun tərəfdaşlarının etibarından istifadə edib. Onlardan 612 min manat aldıqdıqdan sonra əvvəlcə Türkiyəyə, daha sonra Rusiyaya qaçıb. İnterpolun xətti ilə axtarışa verilən Ədilov 2024-cü ilin fevralında Rusiyanın Kaluqa vilayətində saxlanılıb. Onun həbsinə səbəb zərərçəkən Xaləddin Yusibovun Rusiya DİN-ə rəsmi müraciəti olub. Cəmi beş gün sonra Ədilov müəyyən edilərək həbs edilib və həmin ilin oktyabrında Azərbaycana təhvil verilib.

KORRUPSİYAXƏBƏR

Şərhlər