Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Dərnəgül tikinti bazarı bura köçəcək - Fotolar

Dərnəgül tikinti bazarı bura köçəcək - Fotolar

22 sen 2025, 15:09, korrupsiya
0 şərh    28 Baxılıb

 

Dərnəgül tikinti bazarında fəaliyyət göstərən sahibkarları qəbul etmək üçün “Abşeron” Ticarət Mərkəzində bütün müvafiq şərait yaradılıb.

“KORRUPSİYAXƏBƏR" in məlumatına görə, ticarət mərkəzində hazırda tam aktiv olan və yüksək alıcı axınına malik taxta-metal bazarının sahəsi genişləndirilərək 200 hektara çatdırılacaq.

Kompleks ərazisindəki emalatxanalar, taxta və metal materialların satışı üçün ayrılmış yerlər sahibkarlara bizneslərini rahatlıqla “Abşeron” Ticarət Mərkəzinə köçürmək imkanı verəcək.

Regionlara, Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları “Abşeron” Ticarət Mərkəzinin üstünlüklərindən biridir. Ticarət Mərkəzində həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir.

“Abşeron” Ticarət Mərkəzi Dərnəgül ərazisindən köçəcək sahibkarlara təhlükəsiz, sığortalanmış biznes fəaliyyəti təmin edir. Ərazidə yerləşən bütün mağaza və anbarlar “Abşeron” Ticarət Mərkəzi tərəfindən tam şəkildə sığortalanır. 7/24 təhlükəsizlik nəzarəti ilə təmin olunan ərazidə yanğından mühafizə ilə bağlı bütün qabaqlayıcı tədbirlər görülüb.

Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən “Abşeron” Ticarət Mərkəzi 2022-ci ildən fəaliyyətə başlayıb. Qısa müddət ərzində alıcı və sahibkarların rəğbətini qazanan ticarət mərkəzi bu gün Azərbaycanda tikinti materiallarının satışı üzrə ixtisaslaşan ən böyük ticarət obyektidir.


   “KORRUPSİYAXƏBƏR"

Şərhlər