Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » GƏNCƏ AVTOBUS PARKININ AÇILIŞI OLUB

GƏNCƏ AVTOBUS PARKININ AÇILIŞI OLUB

30 sen 2025, 15:48, korrupsiya
0 şərh    9 Baxılıb

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, ölkə başçısının iştirakı ilə 27 sentyabr 2025-ci il tarixində Gəncə şəhərində "BakuBus" MMC-yə məxsus yeni avtobus parkının açılışı həyata keçirilib.

İctimai nəqliyyat infrastrukturunun müasir çağırışlara uyğun təşkili istiqamətində Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq "AZCON Holding" şirkətlərindən olan "BakuBus" MMC tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Yalnız paytaxt ərazisində deyil, digər iri şəhərlərdə də bu istiqamətdə mühüm layihələr reallaşdırılır.

Tikintisinə cari ilin fevral ayında başlanmış və 10 hektar ərazidə inşa edilmiş parkda müasir tələblərə cavab verən inzibati bina, yuma, təmir və monitorinq mərkəzləri istismara verilib. Parkın deposunda 300 avtobusun saxlanılması mümkündür.

Yeni parkın istifadəyə verilməsi ilə 280 ədəd müxtəlif tutumlu "Yutong" markalı avtobus Gəncə sakinlərinin xidmətinə təqdim edilib. Avtobuslar "BakuBus" MMC tərəfindən idarə olunmaqla 18 şəhərdaxili və 2 şəhərdənkənar marşrut üzrə hərəkət edir.

Müasir avadanlıqlarla təchiz edilmiş monitorinq mərkəzi avtobusların hərəkətini real vaxt rejimində izləyərək sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasını təmin edir. Hər bir sürücü xəttə çıxmazdan əvvəl tibbi müayinədən keçir. Avtobusların təmiz saxlanılması üçün yaradılmış yuma məntəqəsi eyni vaxtda 3 avtobusa xidmət göstərir və proses 4 dəqiqə ərzində başa çatır. Burada ekoloji tələblərə və su ehtiyatlarının qorunmasına xüsusi diqqət yetirilir - istifadə edilən suyun 85 faizi təmizlənərək təkrar istifadəyə yönləndirilir.

Təmir mərkəzində yağlama və çilingər işləri üçün 12, qəza təmiri və boyama işləri üçün isə 9 boks istismara verilib. Açılış Gəncə şəhərinin iqtisadi həyatına da mühüm töhfə verib - 553 nəfəri sürücü, 122 nəfəri inzibati və texniki heyət olmaqla ümumilikdə 675 nəfər daimi işlə təmin edilib.

Bununla yanaşı, Gəncə sakinləri artıq ictimai nəqliyyatda müasir nağdsız ödəniş imkanlarından yararlana bilirlər. Gediş haqqı "CityCard", mobil tətbiq üzərindən QR-kod, bank kartları, eləcə də "Apple Pay" və "Google Pay" vasitəsilə ödənilir.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə regionlarımızın müasirləşdirilməsi, əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması və ümumilikdə bölgələrimizin sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən atılan addımların bariz göstəricisidir.

KORRUPSİYAXƏBƏR

Daha çox xəbər:
09 iyn 2026, 14:42    27    0
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Zaqatala RPŞ-nin rəisi polis polkovniki cənab...
Şərhlər