Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » DİQQƏT: BU ŞƏXSLƏRİ 2 İL HƏBS CƏZASI VƏ YA 6000 MANATA QƏDƏR CƏRİMƏ GÖZLƏYİR!!

DİQQƏT: BU ŞƏXSLƏRİ 2 İL HƏBS CƏZASI VƏ YA 6000 MANATA QƏDƏR CƏRİMƏ GÖZLƏYİR!!

06 okt 2025, 16:29, korrupsiya
0 şərh    26 Baxılıb

 

Saxta orden və medalların, habelə müxtəlif təyinatlı vəsiqələrin hazırlanıb satılması faktı Azərbaycanda ciddi rezonans doğurub. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində bir neçə ictimai birlik rəhbərinin bu qanunsuz fəaliyyətlə məşğul olduğu aşkar edilib. Maraqlıdır, Azərbaycan qanunvericiliyinə görə belə əməllər hansı cəza ilə nəticələnə bilər və saxlanılan şəxsləri nə qədər həbs cəzası gözləyir?

Mövzu ilə bağlı "KORRUPSİYAXƏBƏR" ə danışan vəkil Ramil Süleymanov bildirib ki, bu əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə tənzimlənir. Onun sözlərinə görə, 320.1-ci maddəyə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni, digər rəsmi sənədi, eləcə də dövlət təltiflərini, möhür və ştampları saxtalaşdırmaq və ya satmaq 3000–6000 manat cərimə, 2 ilədək islah işləri və ya 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


“Əgər şəxs bu cür sənədlərin saxta olduğunu bilə-bilə istifadə edirsə, bu halda artıq Cinayət Məcəlləsinin 320.2-ci maddəsi tətbiq olunur. Belə olan halda 1000–2000 manatadək cərimə, 240–300 saat ictimai işlər və ya 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”, – deyə vəkil vurğulayıb.

Ekspert əlavə edib ki, saxlanılan şəxslərə qarşı həbs qətimkan tədbirinin seçilməsi real ehtimaldır və onların 1 ildən 2 ilədək azadlıqdan məhrumetmə ilə üzləşə biləcəkləri istisna edilmir.

KORRUPSİYAXƏBƏR 

Şərhlər