Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Dövlət qurumlarına məxsus onlarla avtomobil hərraca çıxarılır

Dövlət qurumlarına məxsus onlarla avtomobil hərraca çıxarılır

16 okt 2025, 20:11, korrupsiya
0 şərh    15 Baxılıb

Dekabrın 2-də dövlət qurumlarına məxsus müxtəlif nəqliyyat vasitələrinin satışına dair növbəti hərrac keçiriləcək.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu barədə məlumatı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yayıb.

Hərracda ümumilikdə bir sıra dövlət qurumlarına məxsus onlarla yük və minik avtomobili, həmçinin qoşqular satışa çıxarılacaq.

Siyahıya əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Maliyyə Nazirliyinə, Bakı və Gəncə Apellyasiya Məhkəmələrinə, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinə məxsus avtomobillər hərraca təqdim olunacaq.

Ən yüksək start qiyməti ilə satışa çıxarılan nəqliyyat vasitəsi Müdafiə Nazirliyinə məxsus QAZ-3308 yük avtomobilidir - ilkin qiyməti 49 min manat müəyyən edilib.

Hərracda, həmçinin "Mercedes-Benz S320" (1998-ci il, 6 500 manat), "Khazar SD" (2022-ci il, 14 000 manat), "Chevrolet Niva" (2007-ci il, 4 100 manat) və digər markalı avtomobillər yer alır.

Müdafiə Nazirliyinin balansında olan "KamAZ", "UAZ", "URAL", "KrAZ", "ZIL" kimi müxtəlif illərdə istehsal edilmiş yük və minik avtomobilləri də satış siyahısına daxildir.

KORRUPSİYAXƏBƏR

Şərhlər