Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » SABİQ POLİS POLKOVNİKİ VAQİF ƏSƏDOV HEÇ VAXT JURNALİSTLƏRİ UNUTMADI, YENƏ PEŞƏ BAYRAMLARINI TƏBRİK EDİB.

SABİQ POLİS POLKOVNİKİ VAQİF ƏSƏDOV HEÇ VAXT JURNALİSTLƏRİ UNUTMADI, YENƏ PEŞƏ BAYRAMLARINI TƏBRİK EDİB.

22 iyl 2026, 02:30, korrupsiya
0 şərh    13 Baxılıb

 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq rəisi, polkovnik Vaqif Əsədov 22 İyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, sabiq polis polkovniki təbrikdə bildirib:

“Əziz və dəyərli mətbuat nümayəndələri, hörmətli jurnalistlər, dostlar-xanımlar və cənablar!
 

22 İyul Milli Mətbuat Günü münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, ailə səadəti, xoş günlər və peşə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.


Cəmiyyətimizin inkişafında, obyektiv informasiyanın ictimaiyyətə çatdırılmasında və milli-mənəvi dəyərlərimizin təbliğində göstərdiyiniz fədakar əməyiniz yüksək qiymətə layiqdir. Qələminiz daim kəsərli, sözünüz təsirli, fəaliyyətiniz isə uğurlu olsun.

İllər boyu yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirmə işlərinin aparılmasında göstərdiyiniz dəstək və Əməkdaşlıq xüsusi əhəmiyyət daşıyıb. Dövlət Yol Polisi orqanlarının fəaliyyəti, yol hərəkəti qaydalarının təbliği və vətəndaşların məlumatlandırılması istiqamətində verdiyiniz töhfələrə görə hər birinizə təşəkkürümü bildirirəm.
 

Əminəm ki, bundan sonra da peşəkarlığınız, məsuliyyətiniz və vətənpərvər mövqeyinizlə cəmiyyətimizin inkişafına, dövlətimizin və xalqımızın rifahına dəyərli töhfələr verməyə davam edəcəksiniz.


Milli Mətbuat Günü münasibətilə hər birinizə tükənməz yaradıcılıq enerjisi və gələcək fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Dərin hörmət və ehtiramla,

DİN polkovniki Vaqif Əsədov”.


Şərhlər