Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » 13 hektar məhsul məhv olur? – Fermer Zaqatala Su Meliorasiya Sistemləri İdarəsini səhlənkarlıqda ittiham edir"

13 hektar məhsul məhv olur? – Fermer Zaqatala Su Meliorasiya Sistemləri İdarəsini səhlənkarlıqda ittiham edir"

06 avq 2026, 11:59, korrupsiya
0 şərh    22 Baxılıb

 

Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer   "KORRUPSİYAXƏBƏR" ə müraciət edərək Zaqatala Su Meliorasiya Sistemləri İdarəsinin fəaliyyətindən narazılığını ifadə edib.

Şikayətçinin sözlərinə görə, əkin sahəsini su ilə təmin edən suvarma kanalı uzun müddət təmizlənmədiyindən və vaxtında texniki xidmət göstərilmədiyindən suyun axını pozulub. Nəticədə 13 hektar qarğıdalı sahəsinin normal suvarılması mümkün olmayıb, bu isə məhsuldarlığa ciddi mənfi təsir göstərib.

Fermer bildirir ki, məsələ ilə bağlı dəfələrlə Zaqatala Su Meliorasiya Sistemləri İdarəsinə müraciət etsə də, problemin aradan qaldırılması istiqamətində effektiv tədbirlər görülməyib. Onun iddiasına görə, su çatışmazlığı səbəbindən əkin sahəsində məhsulun inkişafı zəifləyib və böyük həcmdə maddi zərər yaranıb.

  

Məsələ ilə bağlı redaksiyamız tərəfindən Zaqatala Su Meliorasiya Sistemləri İdarəsinin rəisi Ruslan Poladovun adına rəsmi informasiya sorğusu göndərilib. Sorğuda aşağıdakı məsələlərə aydınlıq gətirilməsi xahiş olunub:

  • Fermerin müraciətlərinin idarəyə daxil olub-olmaması;
  • Sözügedən kanalın sonuncu dəfə nə vaxt təmizlənməsi və texniki baxışdan keçirilməsi;
  • Kanalın istismarına cavabdeh vəzifəli şəxslər;
  • Fermerin iddia etdiyi ziyanın araşdırılıb-araşdırılmaması;
  • Problemin həlli istiqamətində görüləcək tədbirlər və məsul şəxslər barədə məlumat.

Redaksiyamız qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırdır. Zaqatala Su Meliorasiya Sistemləri İdarəsindən daxil olacaq rəsmi cavab olduğu kimi dərc ediləcək və oxuculara təqdim olunacaq.

Qeyd: Məqalədə yer alan iddialar müraciət edən fermerə məxsusdur. Məsələnin bütün tərəflərinin mövqeyinin işıqlandırılması məqsədilə aidiyyəti quruma rəsmi sorğu ünvanlanıb.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər