
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri qaytarılmasını tələb edir?
"KORRUPSİYAXƏBƏR" – Redaksiya yazır
Şəki rayonunun Baş Göynük kənd sakini Mustafayev Vətən Musayil oğlu tərəfindən redaksiyamıza daxil olmuş məlumatda diqqətçəkən iddialar səsləndirilib.
Vətən Mustafayevin bildirdiyinə görə, barəsində başlanmış cinayət işi üzrə toplanmış materialların məhkəməyə göndərildiyini öyrəndikdən sonra həbs olunacağından narahatlıq keçirib. O, həmin narahatlıq fonunda Şəkinin Baş Göynük kəndindən olan, Şəlalə adlı falçı qadına müraciət etdiyini və qadının ondan 500 manat pul aldığını iddia edir.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə redaksiyamız tərəfindən Şəlalə adlı qadınla əlaqə saxlanılıb. Qadın Vətən Mustafayevin səsləndirdiyi iddiaların həqiqətə uyğun olmadığını bildirib.
Beləliklə, hadisə ilə bağlı tərəflərin mövqeləri bir-birindən kəskin şəkildə fərqlənir. Bir tərəf 500 manat pulun alındığını iddia edir, digər tərəf isə bu iddianı təkzib edir.
Redaksiyanın mövqeyi
"KORRUPSİYAXƏBƏR" olaraq hesab edirik ki, bu cür ziddiyyətli məlumatlar yalnız hərtərəfli, obyektiv və qanunauyğun araşdırma nəticəsində aydınlaşdırılmalıdır. Heç bir tərəfin iddiası müvafiq sübutlarla yoxlanılmadan təsdiqlənmiş fakt kimi təqdim edilə bilməz.
Məhz bu səbəbdən, hadisənin bütün hallarının araşdırılması, tərəflərin izahatlarının alınması və iddialara hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə rəsmi məlumat məktubunun ünvanlanması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Şəlalə adlı qadın, falcılılqla məşğul olduğunu da etiraf etdi. Lakin, vətəndaşlardan gördüyü iş müqabilində pulu fərqli məbləğlərdə alır.
"KORRUPSİYAXƏBƏR"
Redaksiya olaraq əsas məqsədimiz hər hansı şəxsi əvvəlcədən təqsirli elan etmək deyil, səsləndirilən iddiaların qanun çərçivəsində araşdırılmasına və həqiqətlərin üzə çıxarılmasına nail olmaqdır.
Araşdırmanın nəticələri və aidiyyəti qurumun mövqeyi əldə olunduğu təqdirdə, ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
KORRUPSİYAXƏBƏR.com.az – Faktların araşdırılması, tərəflərin mövqelərinin öyrənilməsi və ictimai marağın qorunması redaksiyanın əsas prinsiplərindəndir.