Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, bu gün Zaqatala rayonunda bir...
Dəyərli dostlar! İlk öncə hər birinizi salamlayır, Azərbaycan Respublikasının...
“KORRUPSİYAXƏBƏR” ə AR-nın DİN-nin Baş DYPİ-nin Alayı, 5-ci Tağımın Murad adlı...
Abşeron rayonu, Novxanı qəsəbəsi, Heydər Əliyev küçəsində yaranan çuxur...
Prezident İlham Əliyev Azərbaycan Biznesinin İnkişafı Fondunun yenidən təşkil...
Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən Ədliyyə Nazirliyinin Məhkəmə...
“Qaraheybət” faciəsindən 4 il ötür Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi...
Azərbaycanda noyabrın 30-na gözlənilən hava şəraiti haqqında proqnoz...
Mingəçevir Dövlət Universitetinə yeni prorektor təyin olunub....
Kəlbəcərin işğaldan azad edilməsindən 5 il ötür. "KORRUPSİYAXƏBƏR"...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Prezident qəbul keçirdi - Fotolar

Prezident qəbul keçirdi - Fotolar

07 iyl 2025, 11:23, korrupsiya
0 şərh    1 Baxılıb

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı ölkələrimiz arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu vurğulayıb, ikitərəfli münasibətlərimizin qardaşlığa, qarşılıqlı dəstək və həmrəyliyə əsaslandığını deyib.

Prezident İlham Əliyev bir neçə gün əvvəl Xankəndidə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakını və onunla görüşünü məmnunluqla xatırladı, həmin görüşdə ikitərəfli gündəliyimizlə bağlı bir daha geniş müzakirələrin aparıldığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu, Pakistanın Baş nazirinin işğaldan azad edilmiş torpaqlarımıza ilk səfəri deyildi. Bu xüsusda Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifin bu ilin mayında Laçına səfərini və Azərbaycanın Müstəqillik günü ilə bağlı keçirilən tədbirdə iştirakını qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın və Pakistanın siyasət, iqtisadiyyat, sərmayələr sahələrində uğurlu qarşılıqlı fəaliyyətinə toxunaraq əlaqələrimizin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın rolunu qeyd etdi, beynəlxalq parlamentlərarası təsisatlarda ölkələrimizin parlament nümayəndə heyətlərinin bir-birini dəstəkləməsini məmnunluqla vurğuladı.

Azərbaycan Prezidenti qardaş Pakistandan nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına ümidvarlığını ifadə etdi.

Qəbula görə təşəkkürünü bildirən Pakistan Milli Assambleyasının sədri ölkəmizə səfərdən və dövlətimizin başçısı ilə görüşdən şərəf hissi keçirdiklərini vurğuladı. Sərdar Ayaz Sadiq rəhbərlik etdiyi nümayəndə heyətinə həm iqtidar, həm də müxalifətdən olan parlament üzvlərinin daxil olduğunu bildirərək, vurğuladı ki, bu, Pakistan Milli Assambleyasında Azərbaycana münasibətdə vahid və həmrəy mövqenin göstəricisidir.

Öz növbəsində dövlətlərimiz arasında parlamentlərarası əlaqələrin əhəmiyyətinə toxunan Pakistan Milli Assambleyasının sədri ölkələrimizin həm çətin, həm də xoş günlərdə həmişə həmrəylik nümayiş etdirdiklərini vurğuladı.

Sərdar Ayaz Sadiq İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün uğurla keçirilməsi ilə bağlı Prezident İlham Əliyevi təbrik edərək, bu tədbirin məhz Xankəndi şəhərində təşkil olunmasının böyük siyasi əhəmiyyətinə toxundu. Qonaq Qarabağda və Şərqi Zəngəzurda yüksək səviyyədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini xüsusi qeyd etdi.

Görüşdə Sərdar Ayaz Sadiqin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün müzakirələr aparmağa yaxşı imkan yaratdığı bildirildi, Azərbaycanın və Pakistanın qanunverici orqanları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı Azərbaycanla Pakistan arasında iqtisadiyyat, ticarət, enerji, sənaye, investisiyalar, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Şərhlər