Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Hadisə » “Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...” - 4 yaşlı Nərminin anası

“Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...” - 4 yaşlı Nərminin anası

11 iyl 2025, 10:44, korrupsiya
0 şərh    10 Baxılıb

“Qızımı həmin gün 2 dəfə xilas etmişdik, əcəl apardı...” - 4 yaşlı Nərminin anası

Xəbər verdiyimiz kimi, iyulun 9-da saat 18 radələrində Qəbələnin Vəndam qəsəbəsində 4 yaşlı qız valideynləri ilə birgə kirayə qaldıqları evin həyətindəki hovuza düşərək boğulub.

Mərhum Nərmin İsmayılovanın anası Aytac İsmayılova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə bir anda baş verib.

Valideynin sözlərinə görə, boğulmadan əvvəl də övladı 2 dəfə ölümlə üzləşib: “Hadisə baş verən gün biz marketə getmişdik, orada qızımı az qala, maşın vuracaqdı, son anda avtomobilin altından çıxardıq. Elə həmin gün Nərmin atası və digər qızımla birgə hovuzda olarkən də boğulma təhlükəsi ilə üzləşmişdi, boğazına su getmişdi və çox qorxmuşdu. Atası dərhal hovuzdan çıxarmışdı və uşaq qorxduğu üçün bir də hovuza girməyəcəyini deyirdi. Elə bil qızımın əcəli gəlmişdi, onu əcəl apardı”.

Nərminin son fotosu

A.İsmayılova əlavə edib ki, ölümlə nəticələnən hadisə 4 yaşlı qızının hovuzun kənarında yıxılmasından sonra baş verib: “Qızım oradan keçəndə sürüşüb yıxılıb, qulaq nahiyəsində göyərti izi də qalmışdı. Yıxılıb xəsarət alandan sonra hovuza sürüşüb düşüb. Hər şey 2 dəqiqədə baş verib, mən evdə idim, çölə çıxanda artıq gec idi”.

Qeyd edək ki, ailə yaşadıqları Bakı şəhər Qaradağ rayonu Lökbatan qəsəbəsindən Qəbələyə istirahətə gedibmiş və Vəndamda kirayə tutduqları “A-Frame” tipli evdə qalırlarmış. Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev

Şərhlər