Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » MƏKTƏBDƏ İNGİLİS DİLİ MÜƏLLİMƏSİ İSLƏMƏK İSTƏYƏN ŞƏXS ALDADILDI.

MƏKTƏBDƏ İNGİLİS DİLİ MÜƏLLİMƏSİ İSLƏMƏK İSTƏYƏN ŞƏXS ALDADILDI.

13 sen 2025, 19:04, korrupsiya
0 şərh    18 Baxılıb

 


Bakıda məktəbdə müəllim işləmək istəyən şəxsə qarşı dələduzluq edilib.

KORRUPSİYAXƏBƏR, Patrulaz.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

37 yaşlı Cəbrayıl Quliyev (soyad şərtidir) Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki avtoyuma məntəqəsinə gəlib. Burada işləyən Zülfüqar Cəbrayıla arvadı Cəmilənin ingilis dili müəllimi olduğu halda işləyə bilmədiyini deyib. Həyat yoldaşının Lökbatandakı məktəblərin birində ingilis dili müəllimi kimi işə düzəlməsi üçün ondan kömək istəyib.

Pula ehtiyacı olan Cəbrayıl Zülfüqara kömək edəcəyini deyib və bu iş üçün ondan ayrı-ayrı vaxtlarda 10 min manat pul alıb. Lakin təbii ki, dediyi sözə əməl etməyib. Nəticədə zərərçəkən polisə şikayət edib.

Şikayət əsasında Cəbrayıl saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq xeyli miqdarda törədildikdə) maddəsilə cinayət işi açılıb. İstintaq zamanı Cəbrayıl vurduğu ziyanı zərərçəkənə tam ödəyib və tərəflər barışıblar. Həmçinin təqsirləndirilən şəxs 10 min manatın 25 faizini, yəni 2500 manat da dövlət büdcəsinə ödəniş edib.

Qaradağ rayon Məhkəməsində hakim Emin Fətəliyevin sədrliyi ilə keçirilən prosesdə Cəbrayıl Quliyev cinayət məsuliyyətindən azad olunub və barəsində açılan işə xitam verilib.


KORRUPSİYAXƏBƏR 

Şərhlər