Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Gecə saatlarında maşınını cərimə meydançasından qaçırmaq istədi - Həbs olundu

Gecə saatlarında maşınını cərimə meydançasından qaçırmaq istədi - Həbs olundu

18 sen 2025, 15:29, korrupsiya
0 şərh    10 Baxılıb

Paytaxtın Nizami rayonunda yerləşən müvəqqəti mühafizə olunan duracaqdan sərxoş vəziyyətdə avtomobilini qaçırmağa cəhd edən sürücü məsuliyyətə cəlb edilib.

"KORRUPSİYAXƏBƏR"xəbər verir ki, hadisə bir neçə gün əvvəl gecə saat 3 radələrində baş verib.

Belə ki, hadisədən əvvəl paytaxt sakini 1984-cü il təvəllüdlü M. Kərimovun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən edilib. Sərxoş vəziyyətdə ictimai qaydaya və təhlükəsizliyə real təhlükə yaradan nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən hərəkətdən kənarlaşdırılaraq duracağa yerləşdirilib.

Bundan sonra sürücü gecə saatlarında duracağa gələrək evinin açarını maşında unutduğunu bildirib və avtomobilinin açarını alıb. O, maşını işə salaraq meydançanın qapısının bir qədər aralı olmasından istifadə edib və avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərib.

Cəhdin qarşısı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən alınıb və sürücü saxlanılıb.

M.Kərimov barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib. Rayon məhkəməsinin qərarı ilə sürücüyə 10 sutka inzibati həbs verilib.

KORRUPSİYAXƏBƏR

Şərhlər