Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Goranboyda qadın qısqanclıq zəminində QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT

Goranboyda qadın qısqanclıq zəminində QƏTLƏ YETİRİLDİ - TƏFƏRRÜAT

21 sen 2025, 09:58, korrupsiya
0 şərh    9 Baxılıb


 

Goranboy rayonunda 36 yaşlı qadının qətlinin bəzi təfərrüatı məlum olub.

"KORRUPSİYAXƏBƏR"  xəbər verir ki, 38 yaşlı Maşallah Əliyev həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən şəxsin anası Bülbül Əliyevanın sözlərinə görə, oğlu həyat yoldaşı İlhamə Tağıyevanın başqa şəxslərlə yazışdığını aşkar edib:

"Bir ay əvvəl oğlum gəlinin başqa şəxslərlə danışdığını öyrənib. Oğlum bunu tutandan sonra gəlinin ata-anasına xəbər verdi, onlar da qızlarını aparıdılar. Daha sonra qızın xalası xahiş elədi ki, 3 uşağın xətrinə bağışlasın. Oğlum da bağışladı, gəlin evə qaytarıldı. Amma dünən gecə oğlum yenidən yazışmaları tutub".

Bülbül Əliyeva deyib ki, hadisədən ailə üzvləri toyda xəbər tutublar: "Bu gün qardaşım oğlunun toyu idi. Toyda xəbər gəldi ki, oğlum arvadını bıçaqlayıb. Evə gələndə gəlinimin artıq öldüyünü gördük. Polis də hadisə yerinə gəldi. Mən hər şeyi gəlinin atasına olduğu kimi danışdım".

Onun sözlərinə görə, İlhamə Tağıyeva iki nəfərlə yazışırmış: "Oğlum gəlinin telefonunda biri bacım oğlu, digəri isə qonşu kənddən olan bir şəxslə yazışmalarını və səs yazılarını tutub. Oğlum bu məsələni namusuna sığışdırmayıb və hadisəni törədib".

Məlumata görə, cütlüyün 2 oğlu və 1 qızı var. Hadisə baş verən zaman ər-arvad evdə tək olublar.

Goranboy rayonunda 36 yaşlı qadın qətlə yetirilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq öldürülüb.

Qadını qətlə yetirməkdə onun həyat yoldaşı M.Əliyev şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər