Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Astarada intihar etdiyi deyilən 71 yaşlı qadının qətlə yetirildiyi məlum oldu, şübhəli saxlanıldı

Astarada intihar etdiyi deyilən 71 yaşlı qadının qətlə yetirildiyi məlum oldu, şübhəli saxlanıldı

18 sen 2025, 19:18, korrupsiya
0 şərh    15 Baxılıb

Astarada qadın qətlə yetirilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, hadisə sentyabrın 7-də Astara rayonunun Miki kəndində baş verib.

Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Şahimə Zeynulla qızı Salayevanın meyiti yaşadığı ünvanda tapılıb. İlkin məlumata görə, Ş.Salayeva döşəmədə oturmuş, boğazından örpəyi ilə çarpayıya bağlanmış vəziyyətdə aşkarlanıb. Həmin vaxt qadının intihar etdiyi bildirilirdi.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Ekspertizanın verdiyi rəydən sonra Ş.Salayevanın qətlə yetirildiyi məlum olub.

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində Şahimə Salayevanı onun qonşusu, 1970-ci il təvəllüdlü Ziba Abidovanın öldürməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Ziba Abidova saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma zamanı o da məlum olub ki, qadına məxsus sandıq evdən oğurlanıb. Axtarışlardan sonra sandıq meşəlik ərazidən tapılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

KORRUPSİYAXƏBƏR

Şərhlər