Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » İçkili vəziyyətdə avtomobil idarə etdi, namaza gedən iki nəfəri vurub öldürdü - Şəkidə dəhşətli cinayət

İçkili vəziyyətdə avtomobil idarə etdi, namaza gedən iki nəfəri vurub öldürdü - Şəkidə dəhşətli cinayət

23 sen 2025, 08:44, korrupsiya
0 şərh    21 Baxılıb

 

Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən şəxs namaz qılmağa gedən iki nəfəri vuraraq öldürüb.

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, hadisə Şəki şəhəri, Axundov prospektində baş verib.

Şəki sakini Turan Əzizli dostu Elvinlə birlikdə kafeyə gedərək spirtli içki qəbul edib.

Turan sükan arxasına əyləşərək şəhərin mərkəzinə, Elvinin evinə tərəf gedib. Yolda onlar avtomobili saxlayaraq mağazadan yenidən pivə alıblar. Dostlar pivəni içərək avtomobil idarə edərkən sürət həddini aşdığı üçün qarşıdan gələn motosikletin hərəkət zolağına çıxıblar və motosikletlə toqquşublar.

Hadisə nəticəsində motosikletdə olan sürücü Natiq Abdullayev və sərnişini Mehman Camalov aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Turan Əzizli 8 il 6 ay azadlıqdan məhrum edilib.

KORRUPSİYAXƏBƏR

Şərhlər