Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Vətəndaşların 30 min manatını ələ keçirməkdə ittiham edilən şəxsə hökm oxunub

Vətəndaşların 30 min manatını ələ keçirməkdə ittiham edilən şəxsə hökm oxunub

25 sen 2025, 22:07, korrupsiya
0 şərh    12 Baxılıb

 

Vətəndaşlara yalan vəd verməklə pulunu ələ keçirməkdə təqsirləndirilən Cavid Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"KORRUPSİYAXƏBƏR" xəbər ki, Saatlı rayon Məhkəməsində hakim Vüqar Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Cavid Dadaşov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxs dörd nəfər Saat rayon sakininin etibarından sui istifadə edib. Cavid Dadaşov iş üzrə zərərçəkmiş şəxslərə yüksək gəlirli işlə təmin olunmalarında, avtomobil almalarında, eləcə də xarici ölkələrdə müalicə olunmalarında köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək 30 000 manatdan artıq pulunu ələ keçirib. O, iki nəfəri TƏBİB-də sürücü vəzifəsinə düzəltmək adı ilə aldadaraq hərəsindən 12 min manat olmaqla 24 min manat pulunu ələ keçirib. Həmçinin digər zərərçəkmişin oğlunu həbsdən azad edəcəyini bildirərək 4000 manat pulunu ələ keçirib. Eyni zamanda, təqsirləndirilən şəxs müharibə veteranın əməliyyat olunmasına görə 1000 manat, ona dövlət tərəfindən avtomobil verilməsinə yardım göstərəcəyi adı ilə əlavə 1150 manat alaraq ümumilikdə 2 min 150 manatını ələ keçirib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

KORRUPSİYAXƏBƏR

Şərhlər