Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » İSMAYILLI RAYON MƏHKƏMƏSİNİN SÜRUCÜSÜNÜN QOHUMLARI İCTİMAİYYƏTƏ HÖRMƏTSİZLİK EDİBLƏR. İŞ MƏHKƏMƏYƏ QƏDƏR GƏLİB. MƏHKƏMƏ BAĞLADA DA ŞƏKİ APELLYASİYA ƏDALƏTDƏN YAYINMAYIB.

İSMAYILLI RAYON MƏHKƏMƏSİNİN SÜRUCÜSÜNÜN QOHUMLARI İCTİMAİYYƏTƏ HÖRMƏTSİZLİK EDİBLƏR. İŞ MƏHKƏMƏYƏ QƏDƏR GƏLİB. MƏHKƏMƏ BAĞLADA DA ŞƏKİ APELLYASİYA ƏDALƏTDƏN YAYINMAYIB.

27 sen 2025, 23:53, korrupsiya
0 şərh    13 Baxılıb

 

İsmayıllı Rayon Məhkəməsinin sürücüsünün qohumları kafedə dava salıb.

"KORRUPSİYAXƏBƏR" in məlumatına görə, hadisə İsmayıllı rayonu ərazisindəki kafelərdən birində baş verib.

Rayon sakini, 1967-ci il təvəllüdlü Sаrvаn Bаbаyev qardaşı oğlu, 2005-ci il təvəllüdlü İlhаm Bаbаyev və bacısı oğlu Elmаn Xəlilоvla kafedə oturub yeyib-içiblər. Bir neçə saatdan sonra İlham Babayevlə Elman Xəlilov arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Sarvan Babayev qardaşı oğlu İlhamla birləşib, bacısı oğlu Elmanı döyüblər.

Elman Xəlilovun şikayətindən sonra hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.

İşə İsmayıllı Rayon Məhkəməsində baxılıb. Tərəflər arasında barışıq elan olunmasa da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.

E.Xəlilov qərardan narazı qalıb və apelyasiya şikayəti verib.

Şəki Apellyasiya Məhkəməsi işi yenidən araşdırıb, İsmayıllı Rayon Məhkəməsinin qərarını ləğv edib, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan S.Babayev İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilib.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən S.Babayev İsmayıllı Rayon Məhkəməsinin sürücüsü Natiq Babayevin qardaşı, işdə adı hallanan İ.Babayev isə qardaşı oğludur. Hadisə nəticəsində zərərçəkmiş kimi tanınan E.Xəlilov isə Natiq Babayevin bacısı oğludur.

KORRUPSİYAXƏBƏR


Şərhlər