Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Atasının kafesində içən müştərini döyüb küçəyə atdı, məhkəmə zalında həbs olundu

Atasının kafesində içən müştərini döyüb küçəyə atdı, məhkəmə zalında həbs olundu

30 sen 2025, 08:33, korrupsiya
0 şərh    10 Baxılıb

 

Cəlilabadda 24 yaşlı oğlan atasının kafesində spirtli içki qəbul edən şəxsi döyüb.

"KORRUPSİYAXƏBƏR " in məlumatına görə, hadisə Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində baş verib.

Şəhər sakini Mais adlı şəxs tanışı Elçin Nurullayevin icarə əsasında işlətdiyi kafeyə gəlib, orada spirtli içki qəbul edib. O, sərxoş vəziyyətdə kafenin icarədarı Elçinlə mübahisə edib. Bu vaxt Elçinin oğlu Məhəmməd Nurullayev kafeyə daxil olub və Maisin atası ilə mübahisə etdiyini görüb. O, stola yaxınlaşaraq Maisin başına yumruqla vurub. Zərbənin təsirindən Mais huşunu itirərək yıxılıb. Məhəmməd onun qolundan yapışaraq sürüyüb kafedən bayıra, mişardaşı topasının üstünə atıb.

Hadisə yerinə polis əməkdaşları gəlib, Maisi təcili yardım avtomobili ilə xəstəxanaya çatdırıblar.

Mais əməliyyat olunub.

Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Məhəmməd Nurullayev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və M.Nurullayev polisin nəzarəti altına verilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində M.Nurullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmənin hökmü ilə M.Nurullayev altı il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib.

KORRUPSİYAXƏBƏR

Şərhlər