Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Bakıda parkda arvadını amansızlıqla öldürən şəxs HAKİM QARŞISINDA

Bakıda parkda arvadını amansızlıqla öldürən şəxs HAKİM QARŞISINDA

01 okt 2025, 21:55, korrupsiya
0 şərh    10 Baxılıb

 

Bakıda parkda arvadını amansızlıqla öldürən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs yeni vəkillə müqavilə bağlamaqdan imtina edib, hüquqlarının əvvəlki vəkili tərəfindən müdafiə olunmasını istəyib.

Sonra müdafiəçisi vəsatət verərək, iş materialları ilə tanış olması üçün məhkəmədən vaxt istəyib.

Amma Natiq Məhərrəmov bununla razılaşmayaraq, vaxta ehtiyac olmadığını bildirib.

Məhkəmə vəkilin vəsatətini təmin edib.

Növbəti məhkəmə iclası oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, bu il aprelin 7-i saat 19 radələrində Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsində yerləşən "Neftçilər" parkında Natiq Məhərrəmov çoxsaylı bıçaq zərbələri ilə arvadı Sevinc Məhərrəmovanı (1986-cı il təv.) qətlə yetirib. Həmin gün cinayəti törədən şəxs 32-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

"KORRUPSİYAXƏBƏR"

Suraxanı Rayon Prokurorluğu tərəfindən Natiq Məhərrəmova CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə yekun ittiham verilib.

Şərhlər