Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Gündəm » Xəstə uşağının şəkilini paylaşıb, insanlardan ianə toplayan şəxs saxlanıldı

Xəstə uşağının şəkilini paylaşıb, insanlardan ianə toplayan şəxs saxlanıldı

23 sen 2025, 09:40, korrupsiya
0 şərh    20 Baxılıb

 

Bakı şəhəri Xəzər rayon sakini Mirvari Turabovanın övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov "KORRUPSİYAXƏBƏR" ə bildirib ki, uşağın vəziyyətindən sui-istifadə edilərək sosial şəbəkələrdə fotosunun paylaşılması və bu yolla pul toplanılması ilə bağlı polisə məlumat daxil olub. Müraciət üzrə polis tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmalar nəticəsində əməli törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 000 manata yaxın ianənin toplandığı müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

KORRUPSİYAXƏBƏR

Şərhlər