Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Paytaxtda qardaş bacısına görə cinayət törətdi

Paytaxtda qardaş bacısına görə cinayət törətdi

04 okt 2025, 12:12, korrupsiya
0 şərh    10 Baxılıb

Bakıda dəhşətli cinayət hadisəsi qeydə alınıb. "KORRUPSİYAXƏBƏR" in məlumatına görə, Qardaş öz bacısını iş yoldaşı olan sevgilisi ilə birlikdə görərək avtomobili onların üzərinə sürüb. Nəticədə bir gənc hadisə yerindəcə həyatını itirib.

Hadisəyə səbəb olan ilkin mübahisənin təfərrüatı məlum olub.

Məlumata görə, valideynlərini itirən Xəyal və Nəzakət adlı (adlar şərtidir) bacı və qardaş birlikdə yaşayırdılar. Mebel mağazasında çalışan Nəzakətin həmin mağazanın əməkdaşı Mehdi ilə (ad şərtidir) münasibətləri olub.

Bildirilir ki, Xəyal bacısının Mehdi ilə yazışdığını aşkar etdikdən sonra aralarında mübahisə yaranıb. Nəzakət hər hansı bir xoşagəlməz addım atmadığını bildirsə də, hadisədən bir gün sonra Xəyalın bacısına "hər şey adət-ənənəyə uyğun olmalıdır" deməsi ilə gərginlik davam edib.

Cinayət hadisəsi Nəzakətin və Mehdinin iş vaxtları bitdikdən sonra baş verib. Xəyal avtomobillə müştərini ünvana çatdırıb geri qayıdarkən, bacısı Nəzakəti və Mehdini yol kənarında birlikdə addımlayarkən görüb.

Bu mənzərəni görən Xəyal avtomobili qəsdən onların üzərinə sürüb. Zərbə nəticəsində Mehdi hadisə yerindəcə ölüb, Nəzakəti isə xilas etmək mümkün olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb və hadisəni törədən şəxs saxlanılıb.

"KORRUPSİYAXƏBƏR"

Şərhlər