
"KORRUPSİYAXƏBƏR" in məlumatına görə Zaqatala RPŞ-nin İlqar adlı Faldar kənd polis sahə inspektoru vətəndaşı sözlə hədələyərək, polis şöbəsinə gəlməsini tələb edib.
Redaksiyamıza bu barədə Zaqatala rayon Faldar kənd sakini Ramazanov Sübhan Bahiddin oğlu məlumat verib.
Şikayətçi S.Ramazanov bildirib ki, 2025-ci ilin sentyabr ayının təxminən ikinci ongünlüyündə qardaşı Ramazanov Ruhin Bahiddin oğlu ilə yemək yeyərkən (yeyib-içərkən) hər ikisi də spirtli içki qəbul edib. Lakin, sonda aralarında sözlü mübahisə baş verib.
Hadisəyə şahid olan Ramazanova Ülviyyə (Ramazanov Sübhan Vahidin oğlunun arvadı) mübahisənin münaqişəyə çevriləcəyindən qorxduğu üçün DİN-nin 102 zəng məlumat mərkəzi xidmətinə zəng edərək məlumat vermişdir.
Ülviyyə Ramazanovanın 102 zənginə əsasən O, şikayətçi qismində Zaqatala RPŞ-nə dəvət olunaraq, izahatı alınmışdır. Ülviyyə Ramazanovanın dediyinə görə, O, izahat yazarkən şikayətinin olmadığını və qardaşlar arasında heç bir münaqisə olmadığını demişdir. Daha sonra 9 oktyabr 2025-ci ildə Sübhanın mobil telefonuna zəng daxil olmuş, zəng edən şəxs, özünün Zaqatala RPŞ-in TB-nin təhqiqatçısı olduğunu bildirmiş və özünü də qardaşı Ruhini də polis şöbəsinə gəlməsini tələb etmişdir. Sübhan isə polis şöbəsinə dəvət olunmasının səbəbini soruşduqda O, Sübhana izah etmişdir ki,həyat yoldaşın Ülviyyə Ramazanova DİN-nin 102 xidmətinə zəng edib, şikayət edib. Sübhan isə təhqiqatçıya həyat yoldaşının şikayətçi olmaması barədə polisə izahat verdiyini dediyi zaman, təhqiqatçı Sübhana aqressiv formada " Hər bir halda gəlməlisən" deyə kobud tərzdə davranmışdır. Sonuncu dəfə isə 11 oktyabr 2025-ci il tarixdə Zaqatala RPŞ-nin İlqar adlı Faldar kənd polis sahə inspektoru Sübhana zəng edərək, polis şöbəsinə gəlməsini tam kobud və aqressiv formada tələb edib. Sübhan Ramazanov İlqar adlı əməkdaşdan da dəvət olunma səbəbini soruşduqda İlqar adlı əməkdaş, (şikayətçi Sübhan Ramazanovun dediyinə görə,) " sənə nə dəxli var nəyə görə??!! Sənə deyirəm gəl, demək ki, gəlməlisən!!! Elə etmə ki, gəlim səni evdən maşina basım gətirim şöbəyə"!!! Bundan sonra Sübhan zəng edərək, redaksiyamıza məlumat verdi. Sübhanın məlumatına əsasən İlqar adlı əməkdaşla əlaqə saxladıq, İlqar adlı əməkdaş da təhqiqatçının ondan xahiş etdiyini və həmin xahişə əsasən Sübhanı dəvət etdiyini bildirdi. Lakin, Sübhanı şikayətçinin dediyi şəkildə dəvət etmədiyini, normal bir şəkildə davrandığını bildirdi.
Odur ki, şikayətlə bağlı daha ətraflı araşdırma aparılması səlahiyyətlərimiz cərçivəsinə aid olmadığından tərəfimizdən AR-nın DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu ünvanlanacaqdır.
Daha ətraflı məlumat məktubumuza verilən cavab məktubundan sonra Siz dəyərli izləyicilərə məlumat veriləcəkdir.
Diqqətiniz üçün minnətdarıq!
KORRUPSİYAXƏBƏR