Yeni Xəbərlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki...
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək....
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il...
Bələdiyyə üzvlüyünə namizədə hansı güzəştlər var? "KORRUPSİYAXƏBƏR"...
“Təbiəti qoruyanlar gələcəyimizi qoruyurlar” – Elyaz Yazandan ekologiya...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə...
Elyaz Yazan: “Zaqatala rayon prokuroru Qabil Səfərov vətəndaş müraciətlərinə...
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ölkədə casus şəbəkəsinə qarşı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » 20 YANVARDA TAKSİ SÜRÜCÜSÜ DÖYÜLÜB. VƏTƏNDAŞ, POLİSİN ARAŞDIRMASINDAN NARAZI QALIB

20 YANVARDA TAKSİ SÜRÜCÜSÜ DÖYÜLÜB. VƏTƏNDAŞ, POLİSİN ARAŞDIRMASINDAN NARAZI QALIB

18 okt 2025, 16:25, korrupsiya
0 şərh    44 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" ə daxil olan məlumata görə, Nəsimi Rayin Polis İdarəsinin 20-ci Polis Bölməsinin Kənan adlı təhqiqatçısı hadisəni gizlədib
Bu barədə redaksiyamıza Masallı rayon, Həsənli kənd sakini Alışov Ravi Qəhraman oğlu məlumat verib.
Şikayətçi Alışov Ravi Qəhraman oğlu bildirib ki, bir-neçə ildir ki, Bakı şəhəri, Nəsimi rayon ərazisində yerləşən "Velotrek" adlanan Ticarət Mərkəzinin önündə taksi fəaliyyəti ilə məşğul olmaqla, Bakı-Masallı şəhərləri istiqamətində sərnişin daşıyır. Onunla bərabər həmin ərazidə Masallı rayon sakini olan Məmmədov Müşfiq Müştəba oğlu da eyni fəaliyyətlə məşğul olur.
Belə ki, şikayətçi şikayətini belə izah edib ki, 27 İyun 2025-ci il tarixdə Məmmədov Müşfiq Müştəba oğlu ilə aralarında sözlü mübahisə baş verib. Baş vermiş mübahisə, bir qədər sonra münaqişəyə çevrilib. Baş vermiş münaqişə zamanı Məmmədov Müşfiq Müştəba oğlu, onun bədəninin müxtəlif yerlərinə zərbələr endirərək xəsarətlər yetirib. R.Alışov DİN-nin 102 xidmətinə məlumat vermiş və məlumatı əsasında Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PB-də təhqiqat araşdırması başlanılmışdır. 
R.Alışov isə təhqiqatın qərarını təhqiqatçıdan tələb etdiyi zaman O, rəsmi qaydada yaşadığı ünvana göndərdiyini bildirib. Şikayətçi isə poçtdan soruşduqda, onun adına heç bir məktub gəlmədiyini deyiblər.  R. Alışov təhqiatçıya təkrar zəng edərək, onun ünvanına heç bir məktub gələmədiyini bildirdikdə, O, aqressiv formada gələ götür dəəə! deyərək cavab vermişdir. Nəhayət 17 oktyabr 2025-ci il tarixdə şikayətçi R.Alışov Bakı şəhəri, Nəsimi RPİ-nin 20-ci PB-nə  yaxınlaşaraq qərarın surətini almışdır.
Həmin qərarı oxuyan zaman isə Kənan adlı təhqiqatçının araşdırma zamanı qarşı tərəfin vəkili kimi görülmüş, yəni ancaq təqsirləndirilən şəxsi müdafiə etdiyi məlum olmuşdur. Belə ki, aparılan araşdırmanın birtərəfli və qərəzli olduğu açıq-aydın görülmüşdür.  şikayətçini əsas narahat edən məsələ ona qəbul olunmuş qərarın gec verilməsi və hadisə yerinin görüntülərinin əldə edilməməsi olub.  O səbəbdən də vətəndaş redaksiyamıza etdiyi müraciətdə onun şikayəti əsasında aparılan araşdırmanın qeyri-obyektiv, qərəzli və birtərəfli olduğunu aidiyyatı orqanlara çatdırılmasını xahiş edib.  

Odur ki, vətəndaşın xahişini nəzərə alaraq, həmin müraciətin aidiyyatı orqanlara çatdırılması məqsədi ilə tərəfimizdən AR-nın Baş Prokurorluğuna vƏ eləcə DİN-nin rəhbərliyinə rəsmi məlumat məktubu ünvanlanacaqdır. Aidiyyatı orqanlara ünvanladığmız məlumat məktubuna əsasən daxil olan cavab məktubu ilə də İctimaiyyətə məlumat veriləcəkdir. 

"KORRUPSİYAXƏBƏR"

Şərhlər