Yeni Xəbərlər
Tural Niftalıyev jurnalistləri belə təbrik edib Təqaüddə olan Şəki Şəhər-Rayon...
“KORRUPSİYAXƏBƏR” İnformasiya Xəbər Portalının təsisçi-rəhbəri Elyaz Yazan...
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq...
Ali Məhkəmə çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının...
İyulun 10-da Baş prokuror Balakəndə vətəndaşları qəbul edəcək...
Daxili İşlər Nazirliyində 6 ayın yekunları müzakirə olunub İyulun 9-da Daxili...
“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış...
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini Polis Günü...
Cəmiyyətin təhlükəsizliyi naminə fədakar xidmət - Vaqif Əsədovdan TƏBRİK!...
2 İyul – Azərbaycan Polisi Günü münasibətilə hər zaman Azərbaycan polisinin...
Баннер
Korrupsiya Xəbər » Təhsil » Bu müəssisələrdə məktəbəqədər yaşlı uşaqlara təhsil veriləcək

Bu müəssisələrdə məktəbəqədər yaşlı uşaqlara təhsil veriləcək

14 iyl 2025, 12:46, korrupsiya
0 şərh    7 Baxılıb

Bu müəssisələrdə məktəbəqədər yaşlı uşaqlara təhsil veriləcək

Məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısı genişləndirilir.

Bu Milli Məclisin iclasında müzakirə olunan “Məktəbəqədər təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrinin də məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan müəssisələrin siyahısına əlavə edilməsi təklif olunur.

Həmçinin, təklif edilən dəyişikliklə məktəbəhazırlıq məktəbəqədər təhsil müəssisələri, ümumi təhsil müəssisələri ilə yanaşı, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək.

Bununla yanaşı, “Təhsil haqqında” Qanunda təklif edilən dəyişikliyə əsasən, məktəbəqədər təhsil uşağın valideynlərinin və ya digər qanuni nümayəndələrinin arzusu ilə məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil müəssisələrinin müvafiq strukturları ilə yanaşı, məktəbdənkənar təhsil müəssisələrində də həyata keçirilə biləcək.

Qanun layihəsində bildirilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planına əsasən, məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri (icma əsaslı məktəbəqədər təhsil, valideyn-dövlət-özəl əməkdaşlığı və s.) əsasında əhatəliliyin artırılması nəzərdə tutulub.

Hazırda məktəbəqədər yaşlı uşaqların təhsili yalnız məktəbəqədər təhsil müəssisələrində deyil, həm də məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumtəhsil məktəblərində və uşaqlar üçün icma əsaslı təlim qruplarında həyata keçirilməkdədir. Aparılan araşdırmalar göstərir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi özəl uşaq inkişaf mərkəzlərində məktəbəqədər yaşlı uşaqların təhsili praktikası mövcuddur.

Məlumat üçün bildirək ki, məktəbdənkənar təhsil müəssisələrinin siyahısı ilə buradan tanış olmaq mümkündür.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. 

Şərhlər