Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » SABİRABADIN İCRA BAŞÇISI, ŞƏHİD QARDAŞINI TƏHDİD EDİB?

SABİRABADIN İCRA BAŞÇISI, ŞƏHİD QARDAŞINI TƏHDİD EDİB?

09 dek 2025, 18:24, korrupsiya
0 şərh    217 Baxılıb

 

"KORRUPSİYAXƏBƏR" ə daxil olan məlumata görə,  Sabirabad Rayon İcra Hakimiyyəti Aparatının rəhbəri Siraqəddin Cabbarov, Sabirabad rayon, Narlıq kənd sakini, (şəhid qardaşı) Əliyev Haqverdi Güləhməd oğlunu təhqir və təhdid edib. 

Bu barədə redaksiyamıza 1993-cü ildə  İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda qəhramancasına döyüşərək, qanından və canından keçərək şəhidlik zirvəsinə ucalmış, şəhid Əliyev Qoşqar Güləhməd oğlunun qardaşı, fəal vətəndaş, ağsaqqal, Sabirabad rayon Narlıq kənd sakini, Əliyev Haqverdi Güləhməd oğlu məlumat verib. 

Belə ki, (şikayətçi) Əliyev Haqverdi Güləhməd oğlu, bu gün  (09.12.2025-ci il tarixdə) redaksiyamızın qaynarxətt nömrəsinə zəng edərək, bildirdi ki, Sabirabad RİHA-nın rəhbəri Siraqəddin Cabbarov, özünün işlətdiyi mobil əlaqə nömrəsi ilə ona zəng edərək, bir-neçə gün bundan öncə  Sabirabad rayon, Narlıq kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunmuş məktəbdə "Təbii qazın, işığın, suyun və istiliyin olmaması ilə bağlı kənd ictimaiyyəti ilə birlikdə çıxış edərək, həmin çıxışı videoqeyd şəkilində redaksiyamıza ünvanlamasına görə, ona irad bildirib, kobud şəkildə təhqir və təhdid edib. 

Deyilənlərlə bağlı tərəfimizdən RİHA-nın rəhbəri cənab həsən həsənovla əlaqə saxladıq, Həsən müəllim, deyilənlərlə bağlı məlumatının olmadığını və bu barədə cənab başçıya məlumat verəcəyini bildirdi.

Daha sonra təxminən axşam saatlarında şikayətçi bir daha zəng edərək, özünü Sabirabad rayon İcra Hakimiyyətinə dəvət edildiyini bildirdi. Lakin, zəng əsasında heç bir orqana getmək istəmədiyini bildirdi. Biz də onu dəvət edən mobil nömrə ilə əlaqə saxlayaraq, şikayətçinin tanımadığı zəng əsasında getmək istəmədiyini diqqətinə çatdırdıq və əlaəvə olaraq,Haqverdi Əliyevin bildirdiklərini qısa şəkildə ona bildirdik. Onun bizimlə davranışının İcra Hakimiyyəti orqanının əməkdaşının davranışına oxşamadığından biz özümüz də şübhələndik və şikayətçiyə rəsmi bildiriş göndərilməsinin məqsədəuyğun olduğunu diqqətinizə çatdırdıq. 

Odur ki, şikayətçinin şikayətində bildirdiklərinin tərəfimizdən qeydə alındığını  diqqətinizə çatdıraraq, deyilənlərlə bağlı mövqe bildirilməsi üçün tərəfimizdən ölkə rəhbərinə rəsmi məlumat məktubu ünvanlanacaqdır. 

Qarşı tərəfi də dinləməyə və mövqelərini dərc etməyə hazırıq! 

KORRUPSİYAXƏBƏR

Şərhlər