Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » ŞƏKİNİN BAŞ ŞABALID KƏNDİNDƏ EV YANDI, KƏND SAKİNLƏRİ SÖNDÜRDÜ

ŞƏKİNİN BAŞ ŞABALID KƏNDİNDƏ EV YANDI, KƏND SAKİNLƏRİ SÖNDÜRDÜ

18 dek 2025, 10:52, korrupsiya
0 şərh    33 Baxılıb

"KORRUPSİYAXƏBƏR" ə daxil olan məlumata görə, Dünən, (17 dekabr 2025-ci il tarixdə) Şəki rayonunun Baş Şabalıd kəndində Məmmədova Sumayə Məmməd qızına məxsus ev yanıb.

Müraciət müəllifi Sumayə Məmmədovanın və ailə üzvlərinin dediyinə görə, baş vermiş  yanğın hadisəsinin qarşısı kənd sakinlərinin köməyi nəticəsində alınıb.

Xoşbəxtlikdən hadisə nəticəsində ölən və xəsarət alanlar olmayıb. 

Yanğının baş vermə səbəbləri hal hazırda bilinmir. FHN-nin mətbuat xidməti tərəfindən bildirilmiş mövqe əsasında təkrar ictimaiyyətə məlumat veriləcəkdir.

Onu da qeyd edək ki, zərərçəkmiş Sumayə Məmmədova və ailə üzvləri Baş Şabalıd kənd sakinlərinə təşəkkür ediblər.

Əlavə olaraq, bildiririk ki, baş vermiş yanğın nəticəsində çöldə qalmış ailəyə maddi və mənəvi dəstək göstərilməsi üçün, tərəfimizdən həm ölkə rəhbərinə və digər aidiyyatı qurumlara rəsmi məlumat məktubu ünvanlanacaqdır. Həmçinin də zərərçəkmişə məxsus hesab kartı da paylaşılacaqdır. 

KORRUPSİYAXƏBƏR 


Şərhlər