Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » Zaqatalada kütləvi qırğın baş verə bilər!

Zaqatalada kütləvi qırğın baş verə bilər!

22 fev 2026, 10:12, korrupsiya
0 şərh    61 Baxılıb

 

Zaqatala rayonunda kütləvi qırğın baş verə bilər!

Hətta ilkin ölənlər də çox güman ki, vəzifəli şəxslər olsun.

Bu sözləri "Respublikaxəbər.az" və "Korrupsiyaxəbər.com.az" İnformasiya -Xəbər Portalının rəhbəri Elyaz (Yazan) deyib.

Redaksiya heyyətinin rəhbəri yuxarıda qeyd edilənlərə əsasən belə açıqlama verib.

O, bildirib ki, Zaqatala rayonunda tez-tez səfər etdiyindən rastlaşdığı mənzərələr (müsbət və mənfi) çox olur. Sonuncu dəfə rastlaşdığı mənzərə isə rayonun Qandax və Faldar kəndlərində bələdiyyə mülkiyyətinə aid örüş təyinatlı torpaq sahələrinin zibillik halına çevrilməsi olub. Qeyd edirik ki, Elyaz (Yazan) ın dedikləri tam məntiqli və həqiqətə uyğundur.

Ona görə ki, çox vaxt vəzifəli və digər zəngin şəxslər evlərinə qida məhsulları (ət və ət məhsulları, süd məhsulları) alarkən kəndlərdən alırlar. Kəndlərdə də iri və xırda buynuzlu heyvanların qidalandığı yer və ərazi şəkillərdə göründüyü kimidir. 

Bu barədə Elyaz (Yazan) bir-neçe dəfə Ekologiya və Təbii Sərvətlər nazirliyinin qaynarxəttinə və eləcə də Ekologiya və Təbii Sərvətlər nazirliyinin Şəki Regional idarəsinə məlumat verməsinə baxmayaraq, bu günə qədər heç bir iş görülməmiş, neqativ hallar aradan qaldırılmamışdır.  Həmçinin onu da qeyd edək ki, Zaqatala rayonunun Muğanlı meşəsində də iri gövdəli ağacların kəsilməsi ilə bağlı da Elyaz (Yazan) məlumat vermiş, onun da barəsində heç bir tədbir görülməmişdir. 

Elyaz (Yazan) ın növbəti dəfə Ölkə rəhbərinə, Ekologiya və Təbii Sərvətlər nazirliyinə və eləcə də Zaqatala rayon icra hakimiyyətinin başçısına rəsmi məlumat məktubu ünvanlanması barədə qərar verib.

Ümid edirik ki, yuxarı instansiyalara rəsmi məlumat məktubu ünvanlandıqdan sonra Zaqatala rayon Qandax kənd bələdiyyəsinin və Muğanlı kəndinin meşəbəyisi Möhlud adlı şəxsin barələrində ciddi tədbir görüləcəkdir!

Daha ətraflı yuxarı instansiyalara ünvanladığımız məlumat məktubuna əsasən əldə etdiyimiz cavab məktublarından sonra təkrar məlumat veriləcəkdir.

İndi isə həmin ərazilərdən cəkilmiş fotoşəkilləri təqdim edirik. 

"KORRUPSİYAXƏBƏR"

Şərhlər