Yeni Xəbərlər
"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti...
Şəki rayonunda falçılıq iddiası: Vətən Mustafayev 500 manatının geri...
Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməkdaşlarını Peşə Bayramı...
“KORRUPSİYAXƏBƏR”dən Azərbaycan Respublikasının Prezidentinə məlumat məktubu...
VİDA MÜRACİƏTİM Anama, övladlarıma, dostlarıma, qohumlarıma və məni izləyən...
Şəffaflığın görünən ünvanlarından biri – Şəki Səfərbərlik və Hərbi Xidmətə...
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı...
Şəki Dövlət Yol Polis Bölməsinin sabiq mətbuat katibi rayonda böyük nüfuz və...
Zaqatala rayonunun Bəhmətli kənd sakini, fermer "KORRUPSİYAXƏBƏR" ə...
"KORRUPSİYAXƏBƏR" in əldə etdiyi məlumata görə, Şəki Şəhər 1 saylı...
Баннер
Korrupsiya Xəbər » Hadisə » ZAQATALADA İRİGÖVDƏLİ AĞACLARI QANUNSUZ (İCAZƏSİZ) KƏSƏN VƏ BƏLƏDİYYƏ MÜLKİYYƏTİNİ QANUNSUZ ZƏBT EDƏN ŞƏXSİ, HANSI CƏZA GÖZLƏYİR?

ZAQATALADA İRİGÖVDƏLİ AĞACLARI QANUNSUZ (İCAZƏSİZ) KƏSƏN VƏ BƏLƏDİYYƏ MÜLKİYYƏTİNİ QANUNSUZ ZƏBT EDƏN ŞƏXSİ, HANSI CƏZA GÖZLƏYİR?

18 apr 2026, 17:00, korrupsiya
0 şərh    34 Baxılıb

"KORRUPSİYAXƏBƏR" xəbər verir ki, Zaqatala rayonunun Muğanlı kəndində, Bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində irigövdəli qovaq ağacları kəsilmişdir.

Bu faktı, redaksiya heyətinin rəhbəri Elyaz Yazan aşkar etmişdir. Həmçinin onu da qeyd edək ki, Elyaz Yazan həmin faktı müəyyən etmək məqsədi ilə həmin əraziyə gedərkən, Muğanlı kəndində meşə fonduna aid ərazidən bir ədəd də irigövdəli yaş ağacın kəsildiyini görmüşdür.

Redaksiya heyətinin rəhbəri Elyaz Yazan, meşə fonduna aid olan ərazidə irigövdəli yaş ağacın kəsilməsi ilə bağlı dərhal Muğanlı meşəbəyisi Möhlüd müəllimə məlumat verib. İkinci faktla bağlı yəni, bələdiyyə mülkiyyətinə aid olan ərazidə irigövdəli yaş qovaq ağaclarının kəsilməsi və torpaq sahəsinin əkilməsi ilə bağlı da obyektiv araşdırma aparılması məqsədilə Zaqatala rayon Qandax bələdiyyəsinə ərizə ilə müraciət edib.


Qeyd edək ki, meşə fonduna aid ərazidə irigövdəli yaş ağacın kəsilməsi faktı ilə bağlı hazırda Zaqatala RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır, 

Zaqatala rayon Qandax bələdiyyəsinə aid mülkiyyətdə 4 ədəd irigövdəli yaş qovaq ağaclarının kəsilməsi və torpaq sahəsinin əkilməsi ilə bağlı bələdiyyə sədri Rəvalə Bayramova, məlumatının olmadığını, özündən xəbərsiz edildiyini və bununla bağlı da obyektiv araşdırma aparılması məqsədi ilə tərəfindən aidiyyatı orqanlara məlumat veriləcəyini  bildirilib. 

Onu da qeyd edək ki, öz tərəfimizdən də AR-nın baş prokurorluğuna, DİN-nin və Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəhbərliyinə də rəsmi məlumat məktubu ünvanlanacaqdır. 

Qarşı tərəfi dinləməyə hazırıq!

  

"KORRUPSİYAXƏBƏR"



Şərhlər